“Xəzər Lənkəran” Serbiya millisinin qapıçısını transfer edə bilər

“Xəzər Lənkəran” Serbiya millisinin qapıçısını transfer edə bilər
ÖLKƏ FUTBOLU 3 Yanvar 2012 / 11:04 2648
-  A +

Serbiya milli komandasının və “Partizan” klubunun qapıçısı Vladimir Stoykoviç “Xəzər Lənkəran”ın maraq dairəsinə düşüb.

Qol.Az-ın məlumatına görə, bu haqda Serbiyanın “Vecernıye novovsti”  qəzeti məlumat yayıb. “Xəzər Lənkəran”ın serb futbolçusu Branimir Subaşiç qəzətə açıqlamasında məlumatı təqsidqləyib.

“Həm komandanın məşqçisi, həm də prezidenti bu transferdə çox maraqlıdır. Əminəm ki, yaxın günlərdə Azərbaycandan rəsmi təklif gələcək”.

Subaşiç klub prezidenti Mais Mənsimovun ondan şəxsən bu transferin baş tutmasına çalışmağı xahiş etdiyini söyləyib.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...