Superliqa təmsilçisi fransalı futbolçunun “Qəbələ”yə keçidinə razılıq verdi

Superliqa təmsilçisi fransalı futbolçunun “Qəbələ”yə keçidinə razılıq verdi
ÖLKƏ FUTBOLU 1 Yanvar 2012 / 17:16 3242
-  A +

Türkiyə superliqasında çıxış edən “Mersin İdman Yurdu” klubu Afrika mənşəlli fransalı futbolçusu Yannik Kamananın Azərbaycanın “Qəbələ” komandasına keçməsinə raziliq verib.

Qol.Az-ın Türkiyə mətbyatına istinadən yaydığı xəbərə görə, klubun baş məşqçisi Nurullah Sağlam Kamananın komandanı tərk etmək istədiyini deyib. Bu səbəbdən N.Sağlam futbolçunun keçidinə əngəl olmayacaqlarını söyləyib.

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Qol.Az-a açıqlamasında Yannik Kamana ilə danışıqlar apardıqlarını təsdiqləyib. O qeyd edib ki, futbolçunun transferi ilə bağlı ilkin razılıq əldə olunub.
 
Yaxın vaxtlarda Kamana ilə müqavilə imzalanacağı gözlənilir.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...