Ziya Məmmədovun oğlu federasiya prezidenti oldu

Ziya Məmmədovun oğlu federasiya prezidenti oldu
ÖLKƏ FUTBOLU 28 Dekabr 2011 / 22:34 3218
-  A +

Azərbaycanda Qolf Federasiyasına prezident seçilib. Qol.Az-ın xəbərinə görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qolf idman növü 2016-cı ildə Rio de Janeyro şəhərində keçiriləcək olimpiya oyunların siyahısına salınıb.

Bu idman növünün Azərbaycanda da inkişaf etdirilməsi işlərinə başlanılıb. Bununla əlaqədar olaraq bu gün baş tutan iclasda “Zqan Holdinq” şirkətinin prezidenti, Anar Məmmədov ölkəmizdə Qolf Federasiyasına prezident seçilib.

Qeyd edək ki, Anar Məmmədov qolf idman növünə çox böyük həvəs göstərir.

Anar Məmmədov Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun oğludur. O, eyni zamanda "Bakı" futbol klubunun fəxri prezidentidir.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...