Starkov daha iki futbolçunu "Bakı"dan yola saldı

Starkov daha iki futbolçunu "Bakı"dan yola saldı
ÖLKƏ FUTBOLU 28 Dekabr 2011 / 18:30 3042
-  A +

Ölkə çempionatında ümidləri doğrultmayan  “Bakı” klubu daha iki futbolçusu ilə yollarını ayırıb.

Klubun mətbuat və marketinq departamentinin rəhbəri Nəriman Mehdiyev Qol.Az-a bildirib ki, komandanın baş məşqçisi Aleksandr Starkov bu dəfə legionerlərdən imtina edib. Yarımmüdafiəçi Ernad Skuliçlə müqaviləyə xitam verilib. Ruslan Leviqa ilə müqavilənin isə vaxtı bitdiyindən tərəflər arasında yeni anlaşma imzalanmayıb.

Qeyd edək ki, “Bakı” buna qədər daha iki oyunçusu ilə yollarını ayırmşdı. Əziz Quliyev müqaviləsinin müddəti bitdiyindən “İnter”ə keçib. Müdafiəçi Emin Cəfərquliyev isə “Simurq”a icarəyə verilib.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...