Bakının “İnter” klubunun futbolçusu Ruslan Poladovun Qol.Az saytına müsahibəsi
- 2011-ci ilin İlin yekunlarını “İnter” üçün necə dəyərləndirirsən?
- “İnter” yenə hər zamankı kimi çempionluğa oynadığından turnir cədvəlinin ikinci pilləsində qərarlaşması təəccüblü görünməməlidir. Məncə, “İnter” hələ layiq olduğu yerdə deyil. Bizim lider komandalarla oyunun nəticələri hər kəsə bəllidir. Bəzi komandalarla qarşılaşmada xal itirməyimiz rəqibi hardasa ciddiyə almamağımız səbəb oldu. Bu, bir daha sübut etdi ki, bütün rəqiblərlə oyuna maksimum hazırlaşmaq lazımdır. Məhz boşluqlara yol verdiyimiz üçün ikinci pillədəyik.
- Gələn ilin mart ayında başlayacaq “altılıq” oyunlarında “İnter”in şanslarını necə dəyərləndirirsən?
- “İnter” güclü psixoloji və fiziki gücə malik olan, hər çətinliyin öhdəsindən gələ biləcək bir komandadır. Xal fərqini hesabladıqda “altılıq”da kimin hansı pilləni tuta biləcəyini zənn etmək olar. Hər biri təsnifat mərhələsində qarşılaşdığımız komandalardı. “Altılıq”dakı oyunların çox maraqlı və çətin keçəcəyini indidən təsəvvür etmək olur. Biz güclü komandalarla daha yaxşı oynayaraq nəticə qazanırıq, nəinki ortabab komandalarla. Bir sözlə, çempion olmaq istəyən komanda üçün hər oyun böyük əhəmiyyət daşıyacaq. “Altılıq” oyunlarında hər bir xal itkisi komandanı çempionluqdan etmək kimi dəyərləndiriləcək.
- Turnir cədvəlinə başçılıq edən “Neftçi”ni hər iki oyunda məğlub etməyi bacarmısınız. Çempionluq yolunda daha kimi özünüzə rəqib görürsünüz?
- Bu suala cempionatın lap əvvəlində versəydiniz , ən axırıncı pillədə qərarlaşan komandanı da çempionluq yolunda özümüzə rəqib adlandırardım. Hansı komandalar ki, ilk “altılıq”dadır, hər birinin güclü potensialı var. “Altılıq”dakı hər bir klubu özümüzə ciddi rəqib kimi görürəm. Çünki hər biri hansısa məqsəd üçün mübarizə aparacaq. Kimisi çempionluğu qazanmaqla Çempionlar Liqasında iştirak etmək, kimisi isə Avroliqaya vəsiqə qazanmaq naminə əlindən gələni etməyə çalışacaq.
- “İnter”in fasiləyə qış çempionu kimi yollana bilməməsinə nə səbəb oldu?
- Kollektivdə hər kəs öz işini canla-başla görür. Ancaq AZAL və “Kəpəz”lə oyunlarda itirdiyimiz xalları buna maneə kimi göstərə bilərəm. Hər iki qarşılaşmada üstün tərəf olsaq da, qələbəni əldən verdik. “Bakı”yla oyunda meydanı tərk etdiyimiz üçün itirdiyimiz üç xal da birinci yerdə olmamağımıza əngəl oldu.
- Komanda yoldaşın Baçana Sxadadze dekabr ayının ən yaxşı oyunçusu adını qazanıb. Buna münasibətin necədir?
- Mənim fikrimcə də, Baçana dekabr ayının ən yaxşı futbolçusudur. Ona görə ki, bu futbolçu “Xəzər Lənkəran” və “Neftçi” kimi güclü rəqiblərlə oyunda komandasını qələbəyə daşıyan futbolçu idi. Digər futbolçuların da əməyi olub. Lakin Baçananın zəhməti xüsusən qiymətləndirilməlidir. Komandamız həmin oyunlarda vacib olan qızıl xallar qazanıb. Düşünürəm ki,Baçana bu mükafata layiqdir.
Əli HƏYATİ
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması