“2011-ci ili “Qarabağ” üçün normal qiymətləndirirəm. Hələ çətin və maraqlı qarşılaşmalar qabaqdadır. Məncə, qış fasiləsindən sonra komanda daha yaxşı təsir bağışlayacaq. Çalışacağıq ki, turnir cədvəlinin daha yuxarı pillələrində qərarlaşaq”.
Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
O, 2011-ci ili özü üçün çox da uğurlu saymır: “Ötən il dizimdən aldığım zədə ucbatından 6-7 ay futboldan kənarda qaldım ki, nəticədə yalnız mart ayında komandaya normal səviyyədə kömək edə bildim. Heç bir futbolçu zədədən sığortalanmayıb. Yəni hər hansı oyunçu uzun müddət futbolsuz qalanda, yenidən optimal forma yığması çox çətin olur. Bu qədər futboldan kənar qalmaq çox böyük müddətdir. Ən önəmlisi mənim yenidən meydana qayıtmağım oldu. İnanıram ki, tədricən əvvəlki formamı qaytaracağam. Bunun üçün hər dəfə üzərimdə daha çox çalışıram. İstəyirəm ki, “altılıq” oyunlarına qədər daha da artırım. Məqsədim şərəfini qoruduğum komandama xeyir verməkdir”.
Ə.İsmayılov hesab edir ki, “Qarabağ”ın bu mövsüm çempion olmaq şansı azdır: “Çempionluq şanslarımız o qədər də yüksək görünmür. Lakin yenə də irəliyə baxaraq mübarizə aparmaq lazımdır. Növbəti oyunlarda qələbə qazanaraq ən azı Avroliqaya vəsiqəni təmin etməliyik”.
Ə.İsmayılovun fikrincə, “Qarabağ” qış transfer pəncərəsi dönəmində bir neçə oyunçu almalıdır: “Çünki ehtiyyat qüvvəmiz həqiqətən də azdır. Ən azı komandaya iki futbolçu cəlb edilməlidir. Heyətdə rəqabət nə qədər çox olsa, bu, “Qarabağ”ın uğurlu çıxışına kömək edəcək. Qurban Qurbanov elə bir komanda yaradıb ki, bütün oyunlarda can qoyuruq. Belə olan halda Avroliqaya vəsiqə qazanacağımıza əminəm. Bunun üçün yaxşı təlim-məşq prosesi keçərək qarşıdakı görüşlərdə qələbə qazanmaq lazımdır”.
Ə.İsmayılov formasını tədricəb bərpa etdiyini deyərək, futbolçu kimi daha da irəli getməyə çalışacağını vurğulayıb: “Özümə güvəndiyimdən inanıram ki, Avropada oynaya bilərəm. Sadəcə, xarici klubda ehtiyatda qalmaq yox, daim əsas heyətdə oynamaq istərdim. Gələn ilin yayına kimi öz üzərimdə işləyərək optimal formamı bərpa etməyə çalışacağam. İnşallah, hər şey yaxşı olsa, gələn il xaricdə oynamaq istəyirəm”.
Əli HƏYATİ
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması