"Kəpəz" klubunun yeni baş məşqçisi müəyyənləşdi

"Kəpəz" klubunun yeni baş məşqçisi müəyyənləşdi
ÖLKƏ FUTBOLU 24 Dekabr 2011 / 18:17 3081
-  A +

"Kəpəz" klubunun yeni baş məşqçisi məlum olub. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, rəhbərlik Mirbağır İsayevin istefasından sonra boş qalmış baş məşqçi postunu müvəqqəti olaraq Fuad İsmayılova həvalə edib.

Buna qədər birinci divizion təmsilçisi "Tərəqqi"ni çalışdıran İsmayılov bundan sonra "Kəpəz"də işləməklə, komandanı qış fasiləsi çərçivəsində çempionatın növbəti turlarına hazırlayacaq.

Qeyd edək ki, İsayev bu gün rəhbərliklə aralarında fikir ayrılığı yarandıqdan sonra istefa verdiyini açıqlayıb.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...