Foqtsun namizədləri

Foqtsun namizədləri
ÖLKƏ FUTBOLU 23 Dekabr 2011 / 13:41 3018
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts gələn il keçiriləcək “Avro-2012”ylə bağlı fikirlərini açıqlayıb.

Qol.Az-ın “Sport Bild”ə istinadən yaydığı məlumata görə, 1996-cı ildə Almaniya millisinə Avropa çempionu adını qazandıran Foqts “Avro-2012”nin qalibi adına namizədlərini göstərib: “Bunlar Almaniya və İspaniya yığma komandalarıdır. Biz almanlar sadəcə, öz oyunumuzu nümayiş etdirməliyik. Bu zaman çempionluq özü gələcək”.

Foqts “Avro-2012”də Almaniya millisində əsas yükün Bastian Şvaynştayger, Məsut Özil və Sami Xediranın üzərinə düşəcəyini bildirib.

Foqtsun favorit kimi gördüyü üçüncü namizəd İtaliya millisidir.

Millimizin baş məşqçisi Fransa və Portuqaliyanı da namizədlər sırasında gördüyünü deyib.
 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...