“Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqasında qış fasiləsi başladı. Bu çempionatda klubların çıxışını necə dəyərləndirirsiniz?
- Çempionatın əvvəllərində komandaların çıxışlarında sabitlik çatışmırdı. Buna misal olaraq “Xəzər Lənkəran”ı göstərmək olar. Lənkəranlılar bir neçə tur lider olsalar da, sonradan zəif çıxışlar edərək üçüncü pilləyə düşdülər. Digər klublar - “Bakı” və “Qəbələ”nin də qeyri-sabit çıxış etməsini vurğulamaq olar. AZAL-dakı problemləri qeyd etmək olar.
- Çempionatın səviyyəsi keçən ilkinə nisbətən yüksəlib, yoxsa?
- Ötən mövsümlə müqayisədə Premyer Liqanın səviyyəsi bir qədər aşağı düşüb.
- Bunu nə ilə əlaqələndirirsiniz?
- Buna klublardakı durum da təsir etdi. Məsələn, “Xəzər Lənkəran”ın bir çox futbolçusu komandadan ayrıldı. “Qarabağ”da isə zədəlilər çox oldu. Bu komandaların bir qədər qeyri-sabit oyunu çempionata təsirsiz ötüşmədi.
- Bəs, legionerlərin səviyyəsi barədə fikirləriniz necədir?
- Mən deyərdim ki, ən səviyyəli legionerlər “Neftçi”də oynayır. Digər legionerlərin oyunlarında sönüklük müşahidə olunur. Məsələn,”Xəzər Lənkəran” da çıxış edən Vobayın keçən il parlaq çıxışını bu mövsüm görə bilmədik.
- Azərbaycanın iki köklü klubu olan “Turan” və “Kəpəz”in durumu ürəkaçan deyil.
- Ötən mövsüm Tovuz təmsilçisi ikinci “altılq”da mübarizə apardı. Lakin təəssüf ki, hazırda komandada maddi durum yaxşı deyil. Komandanın zəif çıxışını birbaşa bununla əlaqələndirərdim.
“Kəpəz”ə gəlincə, Gəncə təmsilçisi çempionata yaxşı başlamışdı. Lider klublardan xal götürməyi bacarmışdı. Ancaq sonradan zəif çıxış etdi. Bu da məşqçi dəyişikliyinə səbəb oldu. İndiki durumda “Kəpəz” keçid dövrünü yaşayır. Yeni baş məşqçi komandada köklü dəyişiklər etmək istəyir. Bunun klubun çıxışında nə kimi təsir göstərəcəyini qış fasiləsindən sonra görəcəyik. İndiki vəziyyətdə “Kəpəz” ilk “altılq”da oynamaq şansını itirib. Onlar artıq gələn il haqda düşünməlidirlər.
- Son illər Azərbaycanı Avroliqada uğurlu təmsil edən “Qarabağ” bu çempionatda elə də yaxşı təsir bağışlamır.
- “Qarabağ” avrokuboklardan sonra eniş müşahidə olunur. Xüsusən də komandanın ehtiyat futbolçu qüvvəsinin olmaması çıxışlarına təsir edir. Lider oyunçuların zədələnməsini də qeyd etmək lazəmdı. Məncə, “Qarabağ” yaranmış fasilədən yaxşı istifadə etməlidirlər.
- Yəqin ki, ən sabit oynayan komanda kimi “İnter”i göstərmək olar.
- Keçən mövsümdən fərqli olaraq, bu il onlarda irəlləyiş var. Baxmayaraq ki, klub elə də böyük transferlər həyata keçirməyib. Lakin sabit heyət qurulduğundan yaxşı çıxış edirlər. Bura “Neftçi”ni də, elavə etmək istərdim. Digər klublarda isə bunu görmək olmur. Məsələn, Starkov 1 ildən çoxdur “Bakı”da işləyir. Lakin “Bakı” hələ də öz oyunu tapmayıb. Heyətdə futbolçuların sabit çıxış etməməsi nəticələrinə də mənfi təsir göstərir.
- Bu çempionatda hansı futbolçuların çıxışı sizin üçün yadda qaldı?
- Son oyunlarda Qara Qarayevin və Cavid İmanverdiyevin çıxışlarını qeyd edə bilərəm. Legionerlərdən isə “İnter”in dayaq yarımmüdafiəçisi İbrahima Niasseni xüsusi fərqləndirərdim. Onu oyununu çox bəyəndim.Digər legionerlərin adını çəkmək istəməzdim. Çünki onlar bizim çempionatda xeyli vaxdır oynayırlar. İçərilərində həm yaxşı, həm də,aşağı səviyyədə çıxış edənlər var. Bir də gözə çarpan futbolçulardan olan Rəşad Abdullayevin əla oyununu qeyd edərdim. Həqiqətən də bu futbolçu sabit oyun nümayiş etdirir.
- Sizcə, çempionluq mübarizəsi daha çox hansı komandalar arasında olacaq?
- İlk baxışda turnir cədvəlində ilk üçlükdə qərarlaşan komandaların adını çəkmək olar. Lakin qış fasiləsində kim heyəti yaxşı gücləndirsə və hazırlığı yüksək səviyyədə keçsə, üstünlük onun tərəfində olacaq.
Əli HƏYATİ
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması