"Neftçi"nin belçikalı hücumçusu Emil Mpenzanın klubun rəsmi saytına müsahibəsi
- "Neftçi"yə gəlişini necə xatırlayırsan?
- Bunadək Almaniyanın "Şalke", "Hamburq", İngiltərənin "Mançester Siti" kimi güclü klublarında çıxış etmişəm. "Neftçi"dən əvvəl isə İsveçrənin "Sion" klubunda oynamışam. Orada keçirdiyim bir mövsümdə 21 qol vurmuşdum. Üstəlik, Belçika milli komandasına da daim dəvət olunurdum. Yəqin ki, bütün bunlar "Neftçi" rəhbərliyinin diqqətini cəlb etdi. "Sion"la 1 illik müqaviləm qalmışdı, məni buraxmaq istəmirdilər. Eyni zamanda, "Sion"nun prezidenti ilə münasibətlərim yaxşı deyildi. Lakin "Neftçi"nin israrı ilə keçidim baş tutdu. Ancaq bu proses çox ağır keçdiyindən, mən "Neftçi"nin təlim-məşq toplanışında, hazırlıq dönəmində iştirak edə bilmədim.
- "Neftçi"dəki çıxışın haqda nə deyə bilərsən?
- Komandamız ötən mövsüm sona 3 tur qalmış çempionluğu təmin etdi. Həmin ildə baş məşqçi Arif Əsədovun istəyi ilə öz mövqeyimdə oynamasam da, rəqib qapılarına 6 qol vurdum və bir çox məhsuldar ötürmə etdim. Karyeram boyu heç vaxt ikinci hücumçu rolunda çıxış etməmişdim. Amma ümumi komandamızın uğurunu düşünərək, bunu etdim. Təəssüf ki, bu mövsüm start heyətində meydana çıxmamışam. Oyun praktikası çox olmasa belə, özümü tam hazır sayıram. Komandada heç kimlə problemim yoxdur. Baş məşqçi Böyükağa Hacıyevin seçiminə hörmətlə yanaşıram.
- Bu vəziyyət səni qane edirmi?
- Təbii ki, bu durum məni razı sala bilməz. Hücumçunun işi meydanda olub, komandasına kömək etməkdir. Bir daha deyirəm ki, özümü buna tam hazır sayıram. Amma meydana çıxacaq heyəti baş məşqçi təyin edir. Mən professional futbolçuyam. Ara-sıra "Emil Mpenza Azərbaycana pul dalınca gəlib" kimi ictimai fikirlər səsləndirirlər. Mən Emil Mpenzayam, böyük klublarda illik müqaviləm 5-6 milyon avro olub, sizcə, mənim pula ehtiyacım varmı? Əksinə, Azərbaycana gəlməyimlə millinin də qapıları üzümə bağlandı. Amma mən heç vaxt qərar verdiyim işdən peşman olmuram. Artıq neçə vaxtdır Azərbaycandayam, Bakı şəhəri mənim çox xoşuma gəlir, milli mentalitetə də alışmışam. Sizdə bir deyim var: "Özü yıxılan ağlamaz", gühan özümdədir. Amma bunu mən karyeram baxımından bildirirəm. Böyük klublarda çıxış eləmişəm, lakin "Neftçi"nin prezidenti Sadıq Sadıqov kimi futbolçulara yaxşı münasibət göstərən ikinci prezident görməmişəm. Bir sözlə, bu gün reallıq odur ki, bu mövsüm komandama yetərincə xeyir verə bilməmişəm. Bu isə nə məni, nə də klubu qane edir. Professional futbolçuyam, heyəti baş məşqçi müəyyənləşdirir. Elə bir tərbiyə almışam ki, heç vaxt baş məşqçiyə etirazımı bildirmərəm. Baxmayaraq ki, Azərbaycan futbolunda matçın başa çatmasına 5 dəqiqə qalmış futbolçular meydana çıxmağa etiraz edirlər. Bu, peşəkarlığa yaraşmayan hərəkətdir.
- Çıxış yolunu nədə görürsən?
- Peşəkar futbolçu belə bir vəziyyətdə iki addımdan birini atmalıdır. Ya start heyətində yer almalı, ya da özünə yeni klub axtarmalıdır. Artıq menecerlərim də komanda axtarışına başlayıb, yəqin ki, qış fasiləsində "Neftçi"ni tərk edə bilərəm. Əslində, belə kollektivdən ayrılmaq istəməzdim. "Neftçi" rəhbərliyinin futbolçulara münasibəti, burada yaradılan şərait hər kəs kimi, məni də qane edir. Amma bu, futbolun qanunudur. Özümə hörmət edən futbolçuyam, ya oynamalıyam, ya da getməliyəm. "Neftçi" hazırda liderdir, ümid edirəm ki, mövsümün sonunda ardıcıl ikinci dəfə çempion olacaq. Fərqi yoxdur, komandaya qələbə gətirən qolları kim vurur: Bahadır, Flavinyo və ya Mpenza. Əsas odur ki, "Neftçi" qələbə qazansın...
- Belə çıxır ki, Azərbaycandan ayrılmaq fikrindəsən. Futbolumuz haqda nə deyərdin?
- İl yarıma yaxındır ki, Azərbaycandayam. Açığını bildirim ki, buna qədər süni örtüklü meydançada oynamamışdım. Belə meydançalar futbolçuların tez-tez zədələnməsinə gətirib çıxarır və futbolun sürətini azaldır. Bu azmış kimi, burada təbii ot örtüklü meydançaların da vəziyyəti ürəkaçan deyil. Bu vəziyyət futbolun inkişafına təsirsiz ötüşmür. Amma görürəm ki, Azərbaycanda yeni futbol infrastrukturu yaradılır. Artıq yeni stadionlar inşa edilir. Lakin istərdim ki, onların ot örtükləri təbii olsun. Bir neçə ildən sonra burada da futbolun səviyyəsi hiss olunacaq dərəcədə arta bilər. Həm də gənc nəslin yetişməsinə daha çox diqqət ayrılmalıdır. Elə "Neftçi"nin özündə çoxlu sayda gənc və perspektivli futbolçular var. Məhz onlar Azərbaycan futbolunun gələcəyi olmalıdır. Gənc futbolçuları çox istəyirəm. Azərbaycanda bu qədər gənc istedadın olmasına çox təəccüblənirəm. Amma onların yetişməsində böyük problemlər var. Bu istedadlar düzgün istiqamətləndirilsə və onlar gecə-gündüz öz üzərində çalışsa, Avropanın böyük klublarında oynaya bilərlər. Eyni zamanda, onlara daha çox şans verilməlidir.
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması