UEFA Mahir Şükürovla bağlı cəzanı açıqladı

UEFA Mahir Şükürovla bağlı cəzanı açıqladı
ÖLKƏ FUTBOLU 20 Dekabr 2011 / 20:07 2921
-  A +

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində okyabrın 11-də İstanbulda keçirilmiş Türkiyə – Azərbaycan oyunundan sonra dopinq-testə cəlb olunmuş millimizin futbolçusu Mahir Şükürovla bağlı UEFA-nın qərarı açıqlanıb.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı məlumata görə, Mahir Şükürov 2011-ci il noyabrın 11-dən etibarən 2 ay müddətinə cəzalandırılıb.

Beləliklə, UEFA-nın Şükürovla bağlı çoxdan gözlənilən cəzası 2012-ci ilin yanvarın 11-də başa çatır. Bu isə o deməkdir ki, Mahir qış fasiləsindən sonra, fevral ayında Unibank Premyer Liqasının oyunlarında komandasına kömək edə biləcək.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...