Azərbaycan və Ermənistan millilərinin futbolçuları bir komandada

Azərbaycan və Ermənistan millilərinin futbolçuları bir komandada
ÖLKƏ FUTBOLU 20 Dekabr 2011 / 11:00 2904
-  A +

Bakının "Neftçi" və Azərbaycan milli komandasının keçmiş oyunçusu Elşən Qəmbərov veteran futbolçu qismində hər il Nyu-York şəhərində məşhur ukraynalı məşqçi Valeri Lobanovskinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edib.

Qol.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, "Bruklinin ulduzları" adlı veteranlardan ibarət komandada Elşən Qəmbərovla yanaşı bir vaxtlar Ermənistan yığmasında oynamış Aik Aratunyan da çıxış edib. 

Qeyd edək ki, "Karpatı" komandasına qarşı keçirilmiş oyunda Elşənin komandası 7:3 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub.

  

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...