"Qəbələ" Redniklə bağlı mövqeyini açıqladı

"Qəbələ" Redniklə bağlı mövqeyini açıqladı
ÖLKƏ FUTBOLU 17 Dekabr 2011 / 14:05 3636
-  A +

“Xəzər Lənkəran”dan ayrılandan sonra Mirça Rednikin adı “Qəbələ” klubu ilə yanaşı çəkilir.

Rumın mütəxəssisin ölkəmizə qayıtması onun Qəbələ klubu ilə danışıqlar aparacağı söhbətini yenidən gündəmə gətirib.

Üstəlik, “Xəzər Lənkəran”da Rednikin tərcüməçisi funksiyasını yerinə yetirən Elvar Quliyevin də “Qəbələ”nin düşərgəsində olması bu söhbətlərin şayiə olmadığına müəyyən işarə verib.
 
Düzdü, Quliyevin bu klubun düşərgəsində olması başqa səbəblə bağlıdı. Bildiyiniz kimi, “Barselona” ilə əməkdaşlıq çərçivəsində baş tutan layihəyə əsasən 3 katalon mütəxəssis yerli klub məşqçilərinə seminar keçir. Rednikin sabiq tərcüməçisi isə qəbələli məşqçilərə ispan dilindən tərcümədə kömək edir.

Məsələ barəsində “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov fikirlərini bildirib. Klub rəsmisi uğursuzluq olmazsa, Kavlaka yaya kimi etimad göstərəcəklərini söyləyib: “Rednikə gəlincə, biz onunla danışıqlar aparmamışıq və belə niyyətimiz də olmayıb. Bunu birmənalı şəkildə qeyd edirəm. Etiraf edim ki, başqa məşqçilərlə danışıqlarımız olub, ancaq Redniklə yox. Fatih Kavlak bizdə müvəqqəti məşqçi deyil. O “Qəbələ”nin baş məşqçisi kimi klub prezidenti tərəfindən təsdiqlənib. Uğursuzluq olmazsa, mövsümün əvvəllərindən qoyulan iddialarımıza xələl gəlməzsə, azı yaya kimi onunla əməkdaşlıq etməkdə maraqlıyıq”.

Mənbə: "Futbol+" qəzeti

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...