Starkov "Sumqayıt Şəhər"lə oyundan danışdı

Starkov "Sumqayıt Şəhər"lə oyundan danışdı
ÖLKƏ FUTBOLU 15 Dekabr 2011 / 18:00 2123
-  A +

Unibank Premyer Liqasının XVII turunda öz meydanında "Sumqayıt Şəhər"i qəbul edən "Bakı" oyundan 1:0-lıq qələbə ilə ayrılıb.

Qol.Az-ın məlumatına görə, "Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov oyundan sonra keçirilən mətbuat konfransında görüşlə bağlı bunları deyib:

"Maraqlı oyun alındı. Əsasən də ikinci hissədə açıq oyun getdi. Heyətdə ciddi itkilərimiz olsa da, heç də pis oynamadıq. Kifayət qədər qol imkanları yarada bildik.
 
Futbolçularım “Sumqayıt Şəhər” kimi özündən söz etdirməyi bacaran komandaya qalib gəldilər. Onlar ötən tur “Kəpəz” kimi komandanı məğlub etmişdilər".

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...