Qurban Qurbanov: "Bir xalı da qazanc hesab edirəm"

Qurban Qurbanov: "Bir xalı da qazanc hesab edirəm"
ÖLKƏ FUTBOLU 10 Dekabr 2011 / 18:37 2799
-  A +

"Mirça Rednikin getməyinə üzüldüm, lakin Cüneyt Biçerin “Xəzər Lənkəran”a baş məşqçi təyin olunmasına da sevindim. Artıq tanıdığım məşqçidir, bundan öncə də Azərbaycanda çalışıb".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov səfərdə keçirilən görüşdə komandasının oyunundan razı qaldığını bildirib: "Hər iki komanda ehtiyatlı oyun göstərdi. Komandamın oyunundan razı qaldım. Meydana hər şey var idi. Tək əksiklik isə azarkeşlərin yoxluğu idi. Maraqlı oyun keçdi. Qol epizodlarını boşa verməyimizə baxmayaraq, 1 xalı da qazanc hesab edirəm. "Xəzər Lənkəran"a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.

Qeyd edək ki, Premyer Liqanın son turunda keçirilən "Xəzər Lənkəran" - "Qarabağ" matçı 0:0 hesabı ilə başa çatıb.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...