Milli komandamızın seleksiya xarakterli təlim-məşq toplanışına dəvət olunan Rusiyanın «Volqa» klubunun futbolçusu Şamil Qurbanov bu gün azərbaycanlı jurnalistlərə müsahibə verib. Qol.Az həmin müsahibəni təqdim edir.
- Hər dəfə mətbuata açıqlamalarında Rusiya millisinin 21 yaşlılarından ibarət komandasında çıxış etmək istədiyini bildirirsən. Lakin indi Azərbaycan yığmasının təlim- məşq toplanışına qatılmısan.
- Mən gənc oyunçu olduğum üçün birinçi dəfədir ki, əsas milli komandanın məşqlərində iştirak edirəm. İlkin təəssüratlarım çox xoşdur. Milli komandanın şərəfini qorumaq mənim üçün çox böyük şərəfdi. Hələ cəmi 18 yaşım var. Nə vaxt şans versələr, onda da oynayacağam.
- Millinin heyətində xoşuna gələn nə oldu?
- Burdakı ab-havadan razı qaldım. Bir çox futbolçuyla ünsiyyət qurmuşam. Bir sözlə, özümü narahat hiss etmədim.
- Rusiya millisində oynamaq ehtimalının çox olduğunu demişdin.
- Nə vaxt mənə seçim etmək imkanı verilsə, onda öz valdeynlərimlə məsləhətləşəcəyəm. Digər tərəfdən, mənə bu yöndə hər zaman doğru məsləhətlər verən insanlarla da söhbət edəcəyəm. Yalnız bundan sonra qərarımı verəcəyəm.
- Milliyyətiniz nədir?
- Mən Dağıstanda anadan olmuşam və ləzgiyəm.
- Özünü Azərbaycan millisində oynaya biləcək qədər perspektivli oyunçu hesab edirsən?
- Bəli. Əgər yaxşı oyunçusansa, hər çətinliyin öhdəsindən gələ biləcəksən.
- Əgər sabah sənə Rusiyanın gənclər millisindən oynamaq təklifi gəlsə, qəbul edəcəksən?
- Bilmirəm, hələ dəqiq heç nə söyləyə bilmərəm. Rusiyanın gənclər millisinin heyətinə düşmək şanslarım çox azdır. Çünki hazırda Rusiyanın gənclərdən ibarət yığmasının şərəfini qoruyan futbolçuların çoxu yerli Premyer Liqada çıxış edir. Bu üzdən fikirləşirəm ki, öz üzərimdə hələ çox çalışmalıyam.
Əli HƏYATİ
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır