Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Qol.Az-ın məlumatına görə, iclasda xüsusi ilə üç məsələ qızğın müzakirə edilib.
Bunlar ölkə kubokunun 1/8 finalının «İnter» - «Turan» matçında Tovuz klubunun matçı yarımçıq dayandırması, Unibank Premyer Liqasının 15-ci turunun «Qarabağ» - «Turan» oyunundan sonra hakimlərin döyülməsi və «Xəzər Lənkəran» - «İnter» qarşılaşmasında qonaq komandanın baş məşqçisi Kaxaber Sxadadzenin başının yarılması məsələsi olub.
İntizam Komitəsinin qərarında deyilir ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin “İnter” – “Turan” matçının ikinci hissəsinə “Turan” klubu çıxmaqdan imtina edib. Belə ki, AFFA nümayəndəsi və hakim-inspektorun müraciətinə baxmayaraq, klubunun prezidenti Musa Süleymanov komandanı meydançaya çıxmasına icazə verməyib. Bu səbəbdən də baş vermiş hadisələrlə əlaqədar olaraq “Turan” klubuna aşağıda göstərilmiş şəkildə cərimə və cəzalar tətbiq edilin:
“Turan” klubunun prezidenti Musa Süleymanov komandanın meydançaya çıxmasına icazə verməyərək azarkeşlərə və rəqibə qarşı hörmətsizlik etdiyi üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur.
“Turan” klubu özbaşına meydançanı tərk etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 10 000 manat cərimə olunur.
Hakimlərin döyülməsiylə bağlı isə bildirilir ki, “Turan” – “Qarabağ” matçı
başa çatdıqdan sonra hakimlər polislərin müşayiəti ilə paltardəyişmə otağına daxil olublar. Lakin əvvəlcədən bir qrup şəxs otağa daxil olmuş və hakimləri orada gözləyiblər. Hakimlər otağa daxil olan kimi həmin şəxslər onlara qarşı fiziki təsir göstərmiş və xəsarət yetirərək oradan uzaqlaşıblar.
Bunu görən polislər heç bir tədbir görməyib və hadisə yerini tərk edib. Hakimlərə tibbi yardım göstərildikdən sonra onlar tərəfindən baş vermiş hadisə ilə bağlı Tovuz rayon polis şöbəsinə ərizə ilə müraciət olunub.
Yuxarıda gösrətilənləri nəzərə alaraq “Turan” klubuna aşağıda göstərilmiş şəkildə cərimə və cəza tətbiq olunub:
“Turan” klubu növbəti iki ev oyununu neytral meydanda keçirsin və klub 10 000 manat cərimə olunsun.
“Turan” klubu tərəfindən son zamanlar baş vermiş neqativ hadisələrlə əlaqədar olaraq klubun Premyer Liqada iştirakının davam etdirib-etdirilməməsi ilə bağlı İcraiyyə Komitəsinə İntizam Komitəsi tərəfindən müraciət olunsun.
Baş vermiş hadisə ilə əlaqədar istintaq başa çatdıqdan sonra, istintaqın nəticəsinə uyğun olaraq, İntizam Komitəsi bu məsələyə yenidən baxa bilər.
Oyunda PFL-in operatorunun kamerası sındırılıb. Bu səbəbdən “Turan” klubu dəymiş zərərə uyğun olaraq, PFL-in təqdim edəcəyi hesab əsasında ödəmə etsin.
AFFA Lənkəran stadionuna da cəza çıxarıb. Qərada deyilir ki, "İnter"lə matçın 90+3-cü dəqiqəsində azarkeşlər tərəfindən atılmış daş parçası “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzenin başına zədə yetirmiş və nəticədə ona təcili tibbi yardım göstərilib. “Xəzər Lənkəran” azarkeşləri tərəfindən analoji hadisənin dəfələrlə təkrarlandığı nəzərə alınaraq, kluba qarşı aşağıdakı cərimə və cəzalar tətbiq olunur:
“Xəzər Lənkəran” klubu növbəti iki ev oyununu azarkeşsiz keçirsin və kluba 8000 manat cərimə verilsin.
Oxşar hadisənin baş verəcəyi təqdirdə “Xəzər Lənkəran” klubuna qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır