Tovuzda hakimi vurdular

Tovuzda hakimi vurdular
ÖLKƏ FUTBOLU 4 Dekabr 2011 / 20:04 2573
-  A +

Unibank Premyer Liqanın XV turu çərçivəsində keçirilən “Turan” – “Qarabağ” matçından sonra qalmaqal yaşanıb.

Qol.Az-ın məlumatına görə, qarşılaşma bitdikdən sonra bəzi yerli azarkeşlər görüşün baş hakimi Rauf Cabbarova xəsarət yetiriblər.

Qeyd edək ki, görüşün baş hakimi ilə yanaşı onun köməkçilərindən biri olan Coşqun Həsənovun da üzərinə hücum çəkilib.

Məsələ ilə bağlı “Turan” klubu bəyanat yayıb. Bəyanatda bildirilir:

“İndiyədək Tovuzda, xüsusilə də Tovuz şəhər stadionu ərazisində keçirilən oyunlarda hər hansı hakimin nəinki döyülməsi, onlara qarşı ən xırda zorakılıq hadisəsi belə baş verməmişdir. Hər hansı bir təzyiq olduqda belə bu rəqib azarkeşlər tərəfindən edilmişdir. Biz “Turan” Peşəkar Futbol Klubu adından bu gün hakimlərə qarşı baş vermiş hadisəni qətiyyətlə pisləyir və bu hadisəni törədənlərin azarkeş adına layiq olmadığını bildiririk. Bu cür hərəkətlər Azərbaycan futbolunun inkişafına, eləcə də “Turan” PFK-nın nüfüzuna xələl gətirmək məqsədi daşıyır. Oyundan bir gün öncə klubumuz tərəfindən Tovuz Rayon Polis şöbəsinə rəsmi müraciət olunmuş, oyun zamanı giriş qapısında nəzarətçi kimi köməklik göstərilməsini və oyun boyu müəyyən insidentin baş verməməsi üçün xüsusi sayıqlıq nümayiş etdirilməsini xahiş etmişdik.

Onu da qeyd etmək istəyirik ki, günahkarların ən qısa zamanda tapılıb cəzalandırılmasının tərəfdarıyıq və bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...