"İnter" Lənkərandakı insidentə münasibət bildirdi

"İnter" Lənkərandakı insidentə münasibət bildirdi
ÖLKƏ FUTBOLU 4 Dekabr 2011 / 18:50 3145
-  A +

“Matçın sonuna bir dəqiqə qalmışdı. Baş məşqçimiz Kaxaber Sxadadze ayaqüstə futbolçularına öz göstərişlərini verirdi. Bu anda tribunadan baş məşqçimizə daş atıldı. Həkimlər Kaxaber Sxadadzeyə ilkin yardım göstərərək, qanaxmanı durdurdular. Hazırda o həkim nəzarəti altındadır”.

Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “İnter” klubunun direktor müavini Səbuhi Səfiyarlı Lənkəranda komandanın baş məşqçisi Kaxaber Sxadadzenin başının yarılmasına münasibət bildirərkən deyib.

Klub nümayəndəsi bildirib ki, belə halla Lənkəranda ilk dəfədir rastlaşırlar: “Azarkeşlər komandalarının məğlubiyyətinə dözməyərək, belə bir hərəkətə yol verdilər. Onlar bir neçə dəfə meydana alışqan, su qabı da atdılar. Görüşün komissarı oyunla bağlı öz qeydlərini götürdü”.

S.Səfiyarlı “İnter”in məsələ ilə bağlı şikayət etməyəcəyini bildirib: “Şikayət etmək fikrimiz yoxdur. Hər halda AFFA komissarı özü hər şeyi gördü. Yəqin ki, görüşün protokoluna öz lazımi qeydlərini edəcək”.
 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...