Azərbaycanın 19 yaşlı futbolçularından ibarət yığma komandasının baş məşqçisi Vəli Qasımov "Bakı" klubunun "Toplu Bakı" jurnalına müsahibə verib. Qol.Az-ın məlumatına görə, ilk öncə futbolçu karyerası haqda danışan Qasımov daha sonra digər məsələlərə də toxunub:
Uşaqlıq illəriniz bütün futbolsevərlərə maraqlıdır...
Gəncədə anadan olmuşam. Ailəmiz çox kasıb olub. Çox şeylərim çatmırdı. Uşaqlıqdan məhəllədə, palçiğin içində, ayaqyalın futbol oynardıq. İstər futbol, istər gündəlik geyimlərdə bəzən həmyaşıdlarımdan fərqlənirdim.
İlk müəllimim Yusif Məhərrəmov olub. Mən uşaq olanda məhəllədə, demək olar, heç kimdə top yox idi. İndi hər kəsin evdə 2-3 topu olsa da, o vaxt bu nağıl kimi görünürdü. İki həftə idi ki, anama yalvarırdım, mənə rezin top (o vaxt futbol topları belə olurdu) almağa pul versin. Hər gün bu gün - sabah deyirdi. Nəhayət, bu pulu alıb mağazadan ilk topumu alanda sevindiyim qədər heç vaxt sevinməmişəm. Onda sanki Ferrari almışdım. Dünyanın ən xoşbəxt uşağı mən idim.
Bütün günüm topla keçirdi. Evimizin yaxınlığında stadion vardı. Orada tələbələr bədət tərbiyəsi dərsləri keçirdi. Çox vaxt onlarla futbol oynayırdıq. Günüm orada keçdiyi üçün bəzən stadionun direktoru stadionu mənə tapşırıb gedirdi. Hətta yatanda da topu qucaqlayıb yatırdım. Bu top məni çox uzaqlara apardı...
14 yaşım olanda Gəncədən Ukraynaya, Xarkova köçəsi olduq. Futbolçu karyerama da elə orada başlamışam. Peşəkar karyerama Xarkovda - ikinci liqada, “Mayak”da başladım. 16 yaşımda SSRİ yığmasının heyətində Avropa çempionu oldum. 14 oyuna 7 qol vurmuşdum. Qeyd edim ki, Avropa çempionu olanda mən sağ müdafiəçi kimi də, çıxış edirdim. Bundan sonra məni “Metallist”ə götürdülər. Burada 12-ci oyunçu kimiydim. Əvəzetmədən meydana çıxıb harda qoysalar, orada oynayırdım. Əvəzedicilərin çempionatında isə bombardir olmuşdum. 1987-1991-ci illərdə “Neftçi”nin heyətində çıxış etmişəm. 1992-ci ildə isə Moskva “Spartak”ına keçmişəm.
1992-ci ildə Rusiya çempionatının bombardiri olmusunuz. O anları necə xatırlayırsınız?
İlk dövrəni “Spartak”ın heyətində keçirmişdim. Qışda Moskvanın digər klubu “Dinamo”ya keçdim. Bu klubun heyətində 17 oyuna 16 qol vurdum. Bir dövrəyə Rusiya çempionatının bombardiri oldum Bundan sonra “Dinamoluların” heyətində UEFA kubokunda oynadım.
İspaniyanın “Betis” komandasına keçidiniz necə alındı?
UEFA kubokunda oynadığım vaxt mənə bir sıra klublardan təkliflər edilirdi. İtaliyadan “Cenoa”, “Torino” və “Atalanta”, İspaniyadan isə “Departivo” və “Real Betis”, Belçikadan isə “Brügge” klubları məni heyətlərində görmək istəyirdi. Bu klublar arasında “Betis”i seçdim.
İspaniyada və Portuqaliyada uğurlu mövsümlər keçirmisiniz. Oradakı illəriniz xatirinizdə necə qalıb?
1993-1997-ci illər ərzində “Betis”, “Albakate”, “Eciya” klublarında çıxış etmişəm. İspaniya mürəkkəb sosial quruluşlu bir ölkədir. Bura uyğunlaşmaq çox çətindir. Təvazökarlıq olsa da, məndə bu proses çox tez keçdi. İspan dilini tez öyrəndim. Özümə dostlar qazandım. “Betis” kiçik klub olsa da, elə möhtəşəm fanatları vardı ki, indiyə kimi onları unuda bilmirəm. 1997-2001-ci illər ərzində Portuqaliya çempionatında oynamışam. “Vitoriya Setubal” və “İmortal”ın şərəfini qorumuşam. Mən daha da böyük uğurlar qazanmaq niyyətində idim. Təəssüf ki, yersiz zədələr peşəkar futbolçu kimi dünya miqyasında tanınmağıma mane oldu. Karyeram ərzində Maradona, Fernando Yerro, Bebeto, Xosep Quardiyola və başqa ulduz futbolçulara qarşı oynamışam. Buna baxmayaraq, indi arxaya baxanda elədiklərimlə fəxr edirəm.
Elə bu gün də mən ispan futbolunun azarkeşiyəm. İspan klubları bu gün dünyanın ən güclüləri hesab edilir. Bundan sonra da, ispaniyaya gedib, onlardan öyrənərək, Azərbaycanda tətbiq etmək istəyirəm.
İspaniya və Azərbaycan futbolu arasında hansı paralelləri apara bilərsiniz?
İspanlar bizə çox oxşayır. Futbollarımız arasında da müəyyən oxşarlıq var. Texnikalı və ortaboy oyunçulara üstünlük verilir. Bu gün Azərbaycanda ən çox sevilən və futbolçuların can atdığı ölkə İspaniyadır. Yeniyetmə və gəclərin əksər hissəsi ispan klublarına və millisinə azarkeşlik edir. Görünür bütün bu oxşarlıqlar bizim ispan futboluna sevgimizin qaynağıdır.
Azərbaycan futbolunun yaralı yerlərindən biri də futbolçularımızın legioner həyatı yaşamağa meylli olmamasıdır. Milli futbolun inkişafı üçün isə bu çox önəmli faktordur. Siz bu problemdən çıxış yolunu nədə görürsünüz?
Mən uzun illər legioner həyatı yaşamışam. Futboldan əlavə futbolçu müəyyən baryerləri aşmalıdır. Bura dil bilmək, ünsiyyətcil olmaq və şəxsi keyfiyyətlər daxildir. Təəssüf ki, bizim futbolçularlın əksəriyyəti heç psixoloji baxımdan buna hazır deyil. Bəziləri bir ay keçməmiş geri qayıtmaq haqqında düşünür. Bu problem üzərində illərlə işləmək lazımdır. Azərbaycan futbolunun, millilərin inkişaf etdirilməsi üçün legioner həyatı yaşayan futbolçularımız olmalıdır. Amma, heç kim birdən-birə “Barselona”da oynamağı fikirləşməsin. Açığı, başa düşmək lazımdır ki, hələki Azərbaycanlı futbolçunun belə bir klubda çıxış etməsi mümkün deyil. Bunu fikirləşənlər özlərini aldadır. Pillə-pillə irəliləmək lazımdır. Bizim üçün hədəf orta səviyyəli klublar olmalıdır. Belə klublarda özlərini göstərməklə “Real” və ya “Barsa” kimi klubda nə vaxtsa oynamaq olar.
U-19 da baş məşqçisiniz. Həm də A milli komandada Berti Foqtsun köməkçisisiniz. Buradakı işinizi necə təftiş edirsiniz?
U-19 da əsas məqsədimiz futbolçu yetişdirməkdir. Son seçmə mərhələdə uğur qazana bilərdik. Bəxtimizin gətirmədiyi oyunlar da oldu. Əsas olan bu futbolçuların U-21 və əsas komandaya hazırlanması idi. İndi onlardan yüksək nailiyyət gözləmək düzgün deyil. Biz futbolçuların yetişdirilməsi üçün sistemi yeni yaradırıq. Onların güclü rəqiblərə qarşı öz oyununu göstərməsi, təşvişə düşməməsi üçün iş aparırıq. Onları psixoloji baxımdan da hazırlayırıq.
Son zamanlar futbola dövlət səviyyəsində olan diqqət və qayğı uşaq futbolundan da yan keçməyib. Bir mütəxəssis kimi futbolumuzun gələcəyini necə görürsünüz?
“Bakı”, “Neftçi” və “Qəbələ”ni bu sahədə fərqləndirmək olar. Bu klublar həqiqətən də ciddi layihələr həyata keçirir. Əsasən də, “Bakı”nın yaratdığı şərait öz nəticəsini verəcək. Yaxın vaxtlarda yaxşı futbolçu nəslinin yetişəcəyini gözləyirəm. Həmin nəsil azərbaycanlı futbolçuların xaricə yolunu da açacaq. Bununla, milli komandamız da güclənəcək.
Uşaq və yeniyetmələrə hansı məsləhətləriniz var?
Futbol təkcə topla oynanılmır. Siz gərək topsuz çalışmalara da üstünlük verəsiniz. Mövqe seçimi, başla və cüssə ilə oyuna da diqqət ayırın. Hər biriniz zəif olduğunuz sahədə əlavə məşqlər edin. Hücumçular qapıya zərbələr üzərində əlavə işləsin. İkiqat əziyyət çəkməlisiniz ki, gələcəkdə rahat futbol oynayasınız.
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video