AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Azərbaycan kubokunun 1/8 final mərhələsinin "İnter" - "Turan" matçında yaşanan qalmaqalla bağlı fikirlərini bildirib.
Qeyd edək ki, matçın 42-ci hissəsində «Turan» öz qapısından ikinci qolu buraxıb. Tovuz klubunun rəhbərliyi iddia edib ki, bu zaman top qapıdan keçməyib, amma hakim qol qeydə alıb. Bunu əsasən gətirən «Turan» ikinci hissədə meydaan çıxmayıb və oyun yarımçıq dayandırılıb.
X.Məmmədov Qol.Az-ın müxbiri ilə söhbətində bildirib ki, əslində baş verən son olay qolun qaydalar çərçivəsində vurulub-vurulmamasıyla bağlı deyil: «Mənim klubun daxili işlərindən xəbərim yoxdur. Amma hesab edirəm ki, «Turan»ın prezidenti Musa Süleymanovun iddiaları məntiqsizdir. Həmin epizodda topun qapıdan keçdiyini yalnız referi köməkçisi yaxşı görə bilərdi. O da top qapı xəttini keçən kimi dərhal mərkəzə tərəf qaçıb. Bununla da sübut edib ki, top qapıdan keçib. Bu hadisə 42-ci dəqiqədə baş verib, bundan sonra isə komandalar 4 dəqiqə oynayıb və fasiləyə yollanıblar».
X.Məmmədovun sözlərinə görə, «Turan»ın futbolçularından heç kim hakimin bu qərarını müzakirə etməyib: «Amma qəflətən Musa Süleymanov bildirib ki, biz ikinci hissədə meydana çıxmayacağıq, bununla bağlı futbolçuları tapşırıq da verib. Çox güman ki, fasilə zamanı Musa Sülemanov VİP- lojadan telekanalların çəkdiyi epizoda baxdıqdan sonra belə qənaətə gəlib. Amma VİP-dəki kameralar epizodu tam dəqiqliklə göstərə bilməz. Qapı xəttinə yaxın olan PFL-in kamerası isə hər şeyi düzgün göstərir. O çəkilişdə bir daha sübut olunur ki, top qapı xəttini keçib. Fasilə zamanı absurd bir mənzərə yaranır. Klub prezidenti olan adam dedi ki, ikinci qolu ləğv edin, ondan sonra meydana çıxaq. Bu, diletantlıqdır. Bu, artıq Azərbaycan çempionatını ələ salmaqdır. Musa Süleymanov futbol meydançasıyla bazarı səhv salıb. O, özünü bazardakı kimi hiss edir, elə sanır ki, alverlə məşğuldur. Belə insanların futbolda olması yolverilməzdir. Musa Süleymanov Tovuz futbolunu məhvə aparır. O, «Turan»dan nə qədər tez uzaqlaşsa, Tovuz futbolu da bir o qədər tez udar».
X.Məmmədov oyunun hakimliyi ilə bağlı heç bir iradları olmadığını söyləyib.
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır