Rednik ikinci pilləyə yüksəldi

Rednik ikinci pilləyə yüksəldi
ÖLKƏ FUTBOLU 2 Dekabr 2011 / 11:26 2253
-  A +

“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik klub tarixinin ikinci baş məşqçisi olub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, rumıniyalı mütəxəssis ötən ilin iyulundan rəhbərlik etdiyi komandanı meydana çıxardığı oyunların sayında irəliləyib.

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qaradağ Lökbatan”la oyun Rednikin cənub təmsilçisinin baş məşqçisi postunda 55-ci matçı olub.

Bununla da təcrübəli çalışdırıcı 54 oyunda iş başında olan türkiyəli həmkarı Rasim Karanı arxada qoyub. İndi Rednik bu göstəricidə yalnız Ağasəlim Mircavadovdan geri qalır. “Xəzər Lənkəran”ın tarixində ən yaxşı baş məşqçisi 119 görüşə çıxıb. 

 
                                           O    Q     H     M     Top        Xal
Ağasəlim Mircavadov                119  69   32   18   212-87     239
Mirça Rednik                           55   28   19    8     73-44     103
Rasim Kara                             54   33    8    13    97-37     107
Nazim Süleymanov                   17    9     4     4     30-11    31
Viktor Pasulko                         17    9     7     1      21-8     34
İqor Ponomaryov           15    7     4      4      27-12     25
Şenol Fidan (icra edib)  3     0     1      2       0-2 1
Hafiz Əliyev (icra edib)    1    0     1      0       2-2 1
 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...