Qalmaqal! «Turan» «İnter»lə oyuna çıxmayıb stadionu tərk etdi

Qalmaqal! «Turan» «İnter»lə oyuna çıxmayıb stadionu tərk etdi
ÖLKƏ FUTBOLU 30 Noyabr 2011 / 18:41 2463
-  A +

Bu gün «İnter» və «Turan» klubları arasında keçirilən ölkə kubokunun 1/8 final mərhələsinin oyununda qalmaqal yaşanıb.

Qol.Az saytının məlumatına görə, ikinci hissədə «Turan» klubu oyuna çıxmaq istəməyib. Buna səbəb isə «Turan»ın qapılarından buraxdığı ikinci qolun qapı xəttini keçmədiyini iddia etməsidir.

İlk hissəsi 0:2 hesabı ilə başa çatan oyundan sonra «Turan» ikinci hissədə meydana çıxmayıb. Sonra isə klubun prezienti Musa Süleymanovun tapşırığıyla komandanın üzvləri ümumiyyətlə, avtobuslarına minərək stadionu tərk ediblər, bu səbəbdən oyun yarımçıq dayandırılıb.


 

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...