Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, bu mərhələnin bütün görüşləri eyni gündə keçirilib.
Baş tutacaq 8 qarşılaşmanın dördündə Premyer Liqa təmsilçiləri bir-biri ilə üz-üzə gəliblər. Bunlardan “Bakı” – “Rəvan”, “Qarabağ” – “Sumqayıt Şəhər”, “İnter” – “Turan” və “Simurq” – “Neftçi” oyunları böyük maraq doğururdu.
Premyer Liqanın digər komandalar isə Birinci divizion təmsilçiləri isə qarşılaşıblar. Paytaxtın AZAL klubu öz meydanında “Şahdağ”ı, “Qəbələ” “Neftçala”nı, “Xəzər Lənkəran” “Qaradağ Lökbatan”ı və nahəyət “Kəpəz” “Bakılı”nı sınağa çəkiblər.
Saat 13:00-da başlayan görüşlərdə "Qarabağ" "Sumqayıt Şəhər"i, "Qəbələ" "Neftçala"nı, "Xəzər Lənkəran" isə "Qaradağ Lökbatan"ı 3:0 hesabı ilə məğlub edib. "Kəpəz" "Bakılı"nı 2 qolla keçdiyi halda, "Bakı" "Rəvan"ı yalnız penaltilər seriyasına məğlub edə bilib - 3:2. "İnter" - "Turan" matçı isə qonaqların oynamaqdan imtina etməsi səbəbindən yarımçıq dayandırılıb.
Premyer Liqa təmsilçilərinin görüşlərinə olduğu kimi, bu cütlüklərin qarşıdurmasına da maraq az deyildi. Ən azı ona görə ki, Birinci divizion təmsilçilərinin də səfərdə çıxış etmələrinə baxmayaraq, sensasiyaya imza ataraq növbəti mərhələyə adlamaq istəyi heç kəsdə şübhə doğurmurdu. Lakin Birinci divizion təmsilçilərinin bu arzusu gözündə qalıb.
Qeyd edək ki, bu mərhələnin oyunları bir görüşdən ibarət olacaq. Məğlub olan komanda mübarizəni dayandıracaq, qali tərəf isə növbəti mərhələyə adlayacaq.
30 noyabr (çərşənbə)
Azərbaycan kuboku, 1/8 final mərhələsinin oyunları
17:00. “İnter” – “Turan” - 2:0 (yarımçıq dayandırılıb)
Qollar: Samir Zərgərov, 6 (1:0), Asif Mirili, 43 (2:0)
Hakimlər: Fuad Həsənov, Elman Musayev, Yaşar Abbasov, Fariz Yusifov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Qurban Məmmədov
“Şəfa” stadionu.
Qeyd edək ki, "İnter"in matçın 43-cü dəqiqəsində vurduğu ikinci qola etiraz edən Tovuz təmsilçisi oyunu davam etdirməkdən imtina edib və görüş yarımçıq dayandırılıb.
16:00. AZAL – “Şahdağ” - 2:0
Qollar: Zohair Benouahi, 65 (1:0), Nuqzar Kvirtiya, 90 (2:0)
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Mirzə Fərzəliyev, Elnur Muradov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Asif Namazov
“AZAL Arena” stadionu.
16:00. “Simurq” – “Neftçi” - 0:1
Qol: Bahadır Nəsimov, 22 (0:1)
Qırmızı vərəqə: Flavinyo, 29 (birbaşa qırmızı vərəqə), Vasili Yanukovski, 82 (birbaşa qırmızı vərəqə)
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Elşən Acalov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Orucəli Durmuşov
Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu.
13:30. “Bakı” – “Rəvan” 0:0 (Penaltilər seriyası - 3:2 )
"Bakı": + + - - +
"Rəvan": + - - - +
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Vaqif Musayev, Anar Salmanov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu (təbii örtüklü).
13:00. “Qəbələ” – “Neftçala” - 3:0
Qollar: Serge Cehua, 1-pen (1:0), 56 (2:0), Saşa Yunisoğlu, 73 (3:0)
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Ruslan Quliyev, Teymur Fərhadov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rüfət Hüseynov
Qəbələ şəhər stadionu.
13:00. “Qarabağ” – “Sumqayıt Şəhər” - 3:0
Qollar: Bəxtiyar Soltanov, 20 (1:0), Əfran İsmayılov, 23 (2:0) Leonardo Roşa, 40 (3:0)
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Səfər Haşımov
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
13:00. “Xəzər Lənkəran” – “Qaradağ Lökbatan” - 3:0
Qollar: Katalin Doman, 24 (1:0), 90 (3:0), Branimir Subaşiç, 30 (2:0)
Qırmızı vərəqə: Bayram Kərimov, 65 (qırmızı vərəqə)
Hakimlər: Elvin Əsgərov, Ramiz Əsədov, Coşqun Həsənov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Əli Hüseynov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.
13:00. “Kəpəz” – “Bakılı” - 2:0
Qollar: Ceyhun Sultanov, 47, 64 (2:0)
Hakimlər: Vüsal Əliyev, İsgəndər Əliyev, Əli Məmmədov, Anar Göyçayski
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu.
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır