“Xəzər Lənkəran” ev oyununu Bakıda keçirəcək

“Xəzər Lənkəran” ev oyununu Bakıda keçirəcək
ÖLKƏ FUTBOLU 28 Noyabr 2011 / 11:55 2473
-  A +

Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq “Xəzər Lənkəran” – “Qaradağ Lökbatan” matçının keçiriləcəyi stadion dəyişdirilib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, buna son günlər Lənkəranda yağıntıların çoxluğu və bunun üçün “Xəzər Lənkəran” Mərkəzi stadionunun ot örtüyünün 2 gün sonra keçirilməli olan oyuna hazır vəziyyətdə olmaması səbəb olub.

Bunun üçün hər 2 komandanın qarşılıqlı razılığı ilə matçın Bakıda Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda oynanılması qərara alınıb.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qaradağ Lökbatan” dueli noyabrın 30-da saat 13:00-da start götürəcək.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...