«Azərbaycanda qəpik-quruşa oynamağın mənası yox idi»

«Azərbaycanda qəpik-quruşa oynamağın mənası yox idi»
ÖLKƏ FUTBOLU 27 Noyabr 2011 / 14:46 3440
-  A +

Ukrayna milli komandasının keçmiş futbolçusu Aleksandr Melaşenko 2010-cu ildə Azərbaycan klublarından birindən dəvət aldığını bildirib.

Qol.Az-ın məlumatına görə, Ukraynanın «futbol24» saytına müsahibəsində o deyib ki, Azərbaycanda ona yaxşı pul vəd ediblər.

«Amma müqavilə bağlamağa hazırlaşanda söylədilər ki, həmin pulu mənə vermək gücündə deyillər. Ona görə də onlar daha az məbləğ təklif etdilər. Xaricdə qəpik-quraşa oynamağın mənası olmadığından imtina etdim. Azərbaycanda ailəmi bu maaşla saxlamaq çətin olardı. Ora isə doğmalarım olmadan getmək istəmirdim. Axı, mənim uşağım da var» - deyə o bildirib.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...