Kaxaber Sxadadze: "Qələbə qazansaydıq..."

Kaxaber Sxadadze: "Qələbə qazansaydıq..."
ÖLKƏ FUTBOLU 26 Noyabr 2011 / 20:35 2048
-  A +

"Məşqçi dəyişikliyindən sonra AZAL-ın oyununda yüksəliş var. İlk qolu qapımızda erkən gördük, buna görə ötürmələrdə səhvlər buraxırdıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

Sxadadze komandasının ikinci hissədə daha istəkli oynadığını bildirib: "İkinci hissədə daha yaxşı, istəkli oynadıq. Qələbə qazansaydıq turnir cədvəlində lider olacaqdıq. Bizi qarşıda hələ çox oyunlar gözləyir. Liderlər qrupunda komandalar arasında xal fərqi çox azdır. Ona görə də, qarşıdakı oyunlarda qazanılacaq xallar “qızıl xallar” olacaq”.

Qeyd edək ki, Unibank Premyer Liqasında XIV turun son görüşündə AZAL-ı qəbul edən "İnter" rəqibin müqavimətini qıra bilməyib - 1:1.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...