“İnter” klubunun prezidenti Georgi Nikolovun müsahibəsi
- Çempionatın 13 turu arxada qaldı və artıq qış fasiləsinə yaxınlaşırıq. “İnter”in cari çempionatdakı çıxışını necə qiymətləndirirsiniz?
- “İnter” ard-arda 10 oyundur uduzmur. Bu, komandanın sabit çıxışının göstəricisidir. Kaxaber Sxadadzenin komandanın xətləri arasında optimal balans tapdığını düşünürəm. Qapıçı və müdafiə xətti sabit oynayır. Ən az qolu da məhz biz buraxmışıq. Buna baxmayaraq, az qol vurmağımız bir qədər bizi məyus edir. Lakin ümumilikdə komanda xoş oyunuyla sevindirir. İndiki mərhələdə hər şey yaxşıdır və nəticədən razıyam. Əlbəttə ki, bununla hər şey bitmir və komandanın bundan sonra da özünü daha yaxşı tərəfdən göstərməsini istərdim.
- Qarşıda “İnter”i AZAL ilə oyun gözləyir. Bu qarşılaşma haqqında nə deyə bilərsiniz?
- Düşünürəm ki, AZAL-ın şansı azdır və əminəm ki, komandamız bu oyunda uğurlu nəticə əldə etməyi bacaracaq.
- Azərbaycan çempionatında baş verən qalmaqallı hadisələrdən sonra əcnəbi hakimlərin dəvət edilməsi məsələsi aktuallaşdı. Bu məsələ barədə fikirlərinizi bilmək istərdik…
- Bir neçə il bundan öncə belə insidentlər baş verən zaman mən bu ideyanın tərəfdarlarından biri olmuşam. Mən bu ideyanı həmişə dəstəkləmişəm. Bu məsələ PFL-in kompetensiyasındadır, lakin şəxsən mən hesab edirəm ki, xüsusilə vacib oyunlara əcnəbi hakimlər dəvət oluna bilər.
- Qış fasiləsi uzaqda deyil. Fasilə ərzində hər komanda heyətini gücləndirməyə çalışacaq. “İnter” bu fasilədən necə yararlanacaq?
- Transfer fəaliyyəti məşqçi heyətinin səlahiyyətləri çərçivəsindədir. Bu məsələdə mən ancaq icra işlərini yerinə yetirirəm. Baş məşqçi ilə bu məsələni müzakirə etmişik və heyəti 2-3 futbolçu ilə gücləndirməyi planlaşdırırıq. Bu oyunçular hücum mövqeyində oynayan futbolçular olacaqlar. Baş məşqçi hücum xəttini gücləndirmək istəyir. Odur ki, “İnter”in heyətində bir neçə yeni ismin olacağını gözləmək olar. Biz həm yerli, həm də xarici futbol bazarlarında axtarışa çıxacağıq. Bunu Kaxaber Sxadadze ilə müzakirə etmişik və yenə də deyirəm ki, diqqəti ilk növbədə yerli futbolçulara yönəltmək lazımdır. Bu mövsümdən etibarən gənc azərbaycanlı futbolçulara daha çox fikir verəcəyik.
- “İnter” PİK-da Uşaq-Gənclər Futbol Məktəbinin inkişafına da diqqət yetirilir. Məktəbin fəaliyyətindən razısınız?
- Mən çox şadam ki, UGFM-nin inkişafı üzrə layihə rəhbəri Valentin Xodukinin fəaliyyəti özünün bəhrəsini verir. Məktəbin məşqçi və inzibati heyəti uğurla fəaliyyət göstərir. Uğur özündə heç də həmişə çempion titullarını və digər mükafatları ehtiva etmir. Əsas olan odur ki, uşaqların necə futbol oynamağı bacarmaqlarını seyr edəsən. Biz bundan sonra da ölkənin qabiliyyətli uşaq və yeniyetmə futbolçularını tapmağa və onların istedadlarını inkişaf etdirməyə çalışacağıq. Azərbaycan futbolunun səviyyəsini xaricdə də göstərməyə çalışacağıq. Ötən il “İnter”in UGFM-i üç beynəlxalq turnirdə iştirak edib və bu tendensiya bu mövsümdə də davam etdiriləcək. Biz Rusiyaya, Almaniyaya və çox güman ki, Fransaya yollanacağıq.
- “Şəfa” stadionunda tikinti işləri davam edir. Arenanın yenidənqurma işləri necə gedir?
- Hazırkı mərhələdə bu mövzu mənim üçün əsas məsələlərdən biridir. İşlər kifayət qədər yaxşı templə gedir. Təxminən iki həftə öncə FİFA-nın nümayəndə heyəti stadiona baş çəkmişdi və mən söz verdim ki, iyul ayının sonunadək stadion tələb olunan səviyyədə olacaq. Dünya çempionatının əvvəlinədək hər şeyin ən yüksək səviyyədə olmasına çalışacağıq. Həmçinin əsas meydançanın ot örtüyü də yüksək səviyyədə olmalıdır. İndiki qazon dünya çempionatının tələblərinə cavab vermir və bununla bağlı bizə müvafiq tövsiyələr verildi. Aydındır ki, meydançanın ot örtüyünü dəyişmək o qədər də asan məsələ deyil. Bilirsiniz, qış qazonun dəyişdirilməsi üçün əlverişli mövsüm deyil. Biz qazonu iyulun ortalarınadək dəyişdirməyi planlaşdırırıq və bütün işlər üçün təxminən ay yarım vaxt lazımdır. AFFA ilə razılığa gələ bilsək, o zaman Azərbaycan çempionatı çərçivəsindəki son oyunları “Dalğa Arena” stadionunda keçirə bilərik. Həmin vaxt “Şəfa” stadionunda qazonun dəyildirilməsinə başlamaq olar.
Mənbə: "İnter" klubunun rəsmi saytı
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video