«Neftçi» klubu futbolçusu Rəşad Abdullayevlə bağlı AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin dörd oyunluq cəzanı ikinci dəfə qüvvədə saxlamasına etirazını bildirib.
Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Qol.Az-ın müxbiri ilə söhbətində komitənin bu qərarının qərəzli və şübhəli olduğunu deyib.
«Bu məsələyə ikinci dəfə baxılır və şikayətimiz təmin olunmur. «Neftçi» klubu hələ İntizam Komitəsinin qərarı açıqlanmazdan öncə bəyan etmişdi ki, «Xəzər Lənkəran»la oyunda Rəşadın rəqibini sillə ilə vurmasını səhv addım sayır. Futbolçu özü də səhvini başa düşüb. Yəni biz hamıdan əvvəl bu hərəkətə etiraz etdik. Dedik ki, bu, futbolçuya yaraşmayan hərəkətdir. İntizam Komitəsinin qərarından sonra isə biz apelyasiya şikayəti verdik. Çünki Rəşadın həmin oyundakı davranışlarında yumşaldıcı amillər də var. Rəşad həmin epizoddan sonra ayağa qalxır və futbolçuya yaxınlaşıb üzr istəyir. Mətbuatda da öz səhvini etiraf edib. «Neftçi» klubu olaraq biz də futbolçunu cəzalandırmaqla yanaşı apelyasiya komitəsinə müraciət etdik» - deyə E.Əşrəfoğlu bildirib.
O qeyd edib ki, sözügedən komitəyə müraciət edərkən bu qurumun digər futbolçularla bağlı qərarlarını da nəzərə alıblar: «Məsələn, ötən mövsüm «Xəzər Lənkəran»dan Kamran Ağayev, «Bakı»dan Jabanın, bu mövsüm isə «Qəbələ»dən Mahir Şükürov və AZAL-dan Petrovun cəzası yüngülləşdirilib. Yaxşı, başa düşürük, Ağayev və Şükürov milli komandamızın futbolçudur? Bəs, Jaba, Petrov haqda qərarları nə adla çıxarıblar? Məgər Jaba Braziliya milli komandasının oyunçusudur? Rəşad isə bu cəza çıxarılmazdan bir neçə gün əvvəl Peşəkar Futbol Liqası tərəfindən ayın ən yaxşı futbolçusu elan edilib. Buna baxmayaraq, komitə ayrıseçkiliyə yol verərək Rəşadla bağlı qərarı qüvvədə saxladı» - deyən E.Əşrəfoğlu bəyan edib ki, bu qərar bir daha Azərbaycan futbolunda «Neftçi»ni istəməyən qüvvələrin olduğunu göstərir.
«İctimaiyyətdə və mətbuatda yaradılan süni söhbətlər hamısı qərəzlidir. Deyirlər ki, AFFA «Neftçi»yə kömək edir? Budurmu, kömək? AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin Rəşadla bağlı qərarı qərəzli və şübhəlidir. Sübut eləsinlər, əsasandırsınlar ki, nəyə görə başqa komandaların oyunçuları bağışlanır, amma bizim futbolçuyla bağlı eyni qərar verilmir? Nəyə görə bu komitə ayrıseçkilik salır? Narahat olmasınlar, onsuz da «Neftçi» bu il çempion olmayacaq. Amma doğru qərar qəbul etsinlər. Bu gün AFFA prezidenti Rövnəq Abdullayev tərəfindən futbolumuzun inkişafı üçün görülən işlər göz qabağındadır. Amma təəssüf ki, AFFA-nın ayrı-ayrı komitələri özləri qəbul etdiyi belə qərarlarla bu işə kölgə salmağa çalışırlar» - deyə E.Əşrəfoğlu bildirib.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı