Vurğun Hüseynov: "Niyə də "Bakı"nı məğlub etməyək?"

Vurğun Hüseynov: "Niyə də "Bakı"nı məğlub etməyək?"
ÖLKƏ FUTBOLU 25 Noyabr 2011 / 01:35 1806
-  A +

“Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynov sabah “Bakı” ilə keçirəcəkləri çempionat oyunu haqda fikirlərini bildirib.

Qol.Az-ın müxbirilə söhbətində Hüseynov komandada əhval-ruhiyyənin yüksək olduğunu deyib: “Neftçi” üzərindəki qələbədən sonra komandamızda əhval-ruhiyyə yüksəkdir. Bakıya qələbə arxasınca gəlmişik. Əlimizdən gələni edəcəyik ki, üç xal bizim olsun. Başqa yolumuz yoxdur. Bundan sonra hər bir qarşılaşma bizim üçün final matçı kimi keçəcək”.

V.Hüseynov səfərdə oynamaqlarının komandasına heç bir mənfi təsir etməyəcəyi düçüncəsindədir: “Bakı” yaxşı komandadır. Təbii ki, rəqibimiz öz yerində daha da yaxşı oynayır. İnanmıram ki, meydan amili bizə təsir etsin. “Bakı”nı məğlub da edə bilərik. Niyə də olmasın? Futbolda hər şey olur. Gördünüz ki, “Simurq” gəlib bizi öz yerimizdə məğlub etdi. “Sumqayıt-Şəhər” Quzanlıda “Qarabağ”dan üç xal aldı. Hər halda meydana uduzmaq üçün çıxmayacağıq. Baş məşqçimiz Fatih Kavlak bizimlə ciddi söhbət etdi. İnanıram ki, onun tapşırıqlarını dəqiq yerinə yetirsək qələbə qazanacağıq”.

Vurğun komandanın yeni təyin olunan baş məşqçisi Fatih Kavlakla əla münasibətdə olduğunu söyləyib: “Bütün komanda üzvlərinin ona hörməti var. Baş məşqçimiz bizimlə öz qardaşı kimi rəftar edir. Onunla çalışmaq çox gözəldir”.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...