Bakının «Neftçi» klubu bu həftənin şənbə günü «Qarabağ», o cümlədən bundan sonrakı turlarda keçiriləcək oyunlarda əcnəbi hakimlərin gətirlməsi məsələsində israrlıdır.
Qol.Az-ın müxbiri ilə söhbətində klubun vitse-prezidenti Tahir Süleymanov bildirib ki, «Neftçi» «Qəbələ» ilə oyundan sonra rəsmi olaraq AFFA və PFL-ə müraciət edərək «Neftçi»nin bundan sonrakı çempionat və kubok oyunlarında əcnəbi hakimlərin təyinatını istəyib: «Xüsusi olaraq, bu məsələni vurğulamaq istəyirəm ki, əgər müvafiq qurumlar əcnəbi hakimlərin gətirilməsində hansısa problem yaşayırlarsa, ya bizim rəqib komandalar özləri hakimləri istənilən ölkədən dəvət edə, ya da biz bunu öz üzərimizə götürə bilərik. Amma bu, sonuncu variantdır. İlk öncə müvafiq qurumlar bunu həyata keçirməlidirlər. Bizim istəyimiz odur ki, «Neftçi»nin ətrafında dolaşan hakimlərlə bağlı söz-söhbətlərə son qoyulsun».
T.Süleymanov qeyd edib ki, «Neftçi» ölkənin ən aparıcı hakimlərindən olan Anar Salmanovun və ya başqa yerli hakimin "yanmasını" istəmir: «Bir daha qeyd edirəm ki, biz oyunlarımıza əcnəbi hakimlərin gətirilməsinə tərəfdarıq. Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, sabah yenə deyilə bilər ki, Anar Salmanovun qardaşı «Neftçi»də işləyir və ya başqa səbəblər gətiriləcək. Anar Salmanov bu mövsüm dördüncü dəfədir «Qarabağ»ın oyununa təyinat alır. Cari çempionatda Salmanov üçüncü dəfə bizim oyunu idarə edəcək. Bu, ola bilər ki, süni şəkildə ortaya atılmış məqamlardır. Hakimlərə psixoloji təsir edirlər. Yadınıza salın, elə həmin «Qarabağ»la birinci dövrədə keçirdiyimiz oyun zamanı Rövşən Əhmədovun adı ətrafında hansı söhbətlər yarandı, o, matça hansı psixoloji stress altında çıxdı».
T.Süleymanov deyib ki, söhbət heç də bütün oyunlara əcnəbi hakimlərin gətirilməsindən getmir.
Klub rəsmisi qeyd edib ki, «Neftçi» onun ətrafında yaranmış süni ajiotaja son qoymaq üçün bu addımı atır: «Bu, «Neftçi»nin hakimlərimizə etirazı deyil, əksinə, onların qorunmasıdır».
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı