“Neftçi”nin məşqçilər korpusu klub rəhbərliyinin əcnəbi hakim tələbinə qoşulub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Böyükağa Hacıyev və köməkçiləri verdikləri açıqlamalarda daxili yarışlarda xaricdən gələn ədalət təmsilçisi görmək istədiklərini bildiriblər.
Hacıyev baş məşqçi kimi başqa çıxış yolu görmədiyini vurğulayıb: “Qələbə qazanmağımız bir yana dursun, məğlub olanda da hakimlərin bizə kömək göstərməsi ilə bağlı söhbətlər yayılır. Belə olan halda, yeganə variant xaricdən hakimlər dəvət etməkdir. Görək onda “Neftçi”nin uğurlarına kim və necə kölgə salacaq? Bir daha deyirəm ki, bizim hakim köməyinə ehtiyacımız yoxdur. Sözüm hakimlərin qərarlarından narazı olan kəslərədir. Bizim üçün fiti çalan kəsin kimliyi vacib deyil, ədaləti qorumağı vacibdir”.
Hacıyevin köməkçisi olan Tərlan Əhmədov isə yerli hakimlərin tərəfdarı olsa da, rəhbərliklə razılaşmaq məcburiyyətindədir: "Əslində, istərdim ki, "Neftçi"nin oyunlarını öz hakimlərimiz idarə etsin. Çünki güclü, təcrübəli hakimlərimiz də var. "Neftçi"nin əleyhinə və ya lehinə verilən səhv qərarların qərəzli olmadığına inanıram. Hakim də insandır, səhv edə bilər. Lakin belə səhvlər çox olacaqsa, onda yaxşı olar ki, xaricdən hakim gətirilsin. Belə olan halda, "Neftçi" ətrafında gəzən söz-söhbətlərə də son qoyular və komandamızın öz gücünə oynadığı, hakimlərə ehtiyacı olmadığı bir daha sübut olunar. Bir sözlə, istəyimiz odur ki, "Neftçi"nin qarşıdakı oyunlarına əcnəbi hakimlər təyin olunsun".
Kamal Quliyev isə futbolçu karyeramın ən gözəl günlərini "Neftçi"də keçirdiyimi yada salıb: "Hazırda isə məşqçi kimi doğma komandamda fəaliyyət göstərirəm. İndi klub rəhbərliyinin futbolçulara yaratdığı şəraiti görüb, təəssüflənirəm ki, mən oynadığım dönəmdə belə deyildi. "Neftçi"də hazırda əla ab-hava var. Kollektiv heyətinə görə Azərbaycanda ən güclülərdəndir. Buna görə də bizim heç kimin köməyinə ehtiyacımız yoxdur. Son günlər "Neftçi" ətrafında yayılan fikirlər boş söz-söhbətlərdən başqa bir şey deyil. Guya hakimlər bizə kömək edir. Bəs hakim səhvi səbəbindən itirdiyimiz xalları kimin ayağına yazaq?! Hakimlər də insandır, səhv edə bilər. Əgər belədirsə, qoy oyunlarımızı əcnəbi hakimlər idarə etsin".
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı