“Baş hakim Ramil Diniyev “Qəbələ” - “Neftçi” matçının sonlarında meydan sahiblərinin qapısına penalti təyin etməklə, səhvə yol verib. Bunu Peşəkar Futbol Liqasının kameraları dəqiqliklə qeydə alıb”. Bunu Lent.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
Musayev bildirib ki, bu gün Unibank Premyer Liqasının XIII tur qarşılaşmasını idarə etmiş Ramil Diniyev, matçın hakim-inspektoru və müvafiq komitənin sədri Gülağa Cabbarov, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, eləcə də PFL-in texniki idman şöbəsinin müdiri Məlik Həsənovun iştirakı ilə iclas keçirib:
“Mən Diniyevdən soruşdum ki, niyə yanlış penalti vermisən? Cavabında “Həmin vaxt tutduğum mövqedən epizodu belə gördüm” söylədi. Mən də “Niyə “Qəbələ”nin 3 xalını əlindən alırsan?” soruşdum. Yəni, Diniyev mövqeyini düzgün tutmadığı üçün düzgün qərar qəbul edə bilməyib. Səhvə yol verib, cəzasını isə Hakimlər Komitəsi verəcək. Mənim səhvə yol verən hakimləri çempionatda oyun idarə etməməyə buraxmamaq ixtiyarım var. Amma bəlkə Hakimlər Komitəsi elə cəza verir ki, heç mənim əlavə tədbirimə ehtiyac qalmır?”.
PFL prezidenti Diniyevin “Neftçi”yə kömək etməsi fikri ilə razılaşmayıb: “Özüm yas mərasimində olduğum üçün oyunu canlı izləyə bilməmişəm. Videoyazıya baxarkən, görürəm ki, 9-cu dəqiqədə top “Qəbələ”nin oyunçusunun əlinə dəyir, amma baş hakim “Neftçi”nin təmiz penaltisini təyin etmir. Əsas vaxta əlavə olunan dəqiqələrdə isə səhvən penalti təyin edir. Yəni, Diniyev “Neftçi”yə kömək etməyib. Əksinə, “Neftçi”ni biabır edib. Mən yenə “Neftçi”də işləsəydim, bu barədə AFFA-ya şikayət məktubu yazardım”.
Qeyd edək ki, “Qəbələ” – “Neftçi” matçı meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 1:0. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə baş hakim Ramil Diniyev “Neftçi”nin oyunçusunun simulyasiyasını penalti kimi dəyərləndirib. Lakin qonaqların hücumçusu Fərid Quliyev bu imkandan yararlana bilməyib. Oyundan sonra yerli azarkeşlər Diniyevin üzərinə hücum ediblər. Baş hakimi polislər çətinliklə qurtarıblar.
"Arsenal" Fransa klubunda çıxış edən futbolçuya göz dikdi
Komandasını tribunada təkbaşına dəstəklədi
"Barselona"nın müdafiəçisi zədələndi
"Liverpul" İsakdan narahatdır
“Araz-Naxçıvan”ın qələbəsindən - Video
"Qarabağ"ın rəqibinin hücumçusu klubdan ayrılmağa hazırlaşır
"Atletiko" səfərdə inamlı qələbə qazandı
"Əzmkar qələbə qazandıq" - Elmar Baxşıyev
"Bu qədər qol epizodu ilə qalib gələ bilmədiyimiz oyunu xatırlamıram" - Ayxan Abbasov
Türkiyə klubundan istefa xəbəri gəldi
"Qarabağ" "Qəbələyə", "Araz-Naxçıvan" "Şamaxı"ya qalib gəldi
"Qəbələ" - "Qarabağ" matçındakı 3 qol - Video
PSV-dən yeni rekord
"Barselona"nın futbolçusu sıradan çıxdı
"Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi" - Kaxaber Sxadadze
"Bura "Qarabağ"dır, uşaq bağçası deyil" - Qurban Qurbanov
"Çelsi" müdafiəçisi ilə yollarını ayırmağa hazırlaşır
İspaniya klubu yeni baş məşqçisini açıqladı
"Araz-Naxçıvan" - "Şamaxı": Heyətlər
PSJ-dən rekord göstərici
"Fənərbaxça"da ciddi itki - Derbidə oynamayacaq
"Qəbələ" - "Qarabağ": Heyətlər açıqlandı
Ukraynada olmaz, bizim futbolda olar! - Video
Mbappe Ronaldonun rekordunu təkrarladı
La Liqa klubunda amerikalı baş məşqçi
"Real"ın qələbəsi - Video
Juninyonun yeni klubu açıqlandı - Rəsmi
"Liverpul" "Tottenhem"i belə məğlub etdi - Video
"Bayer" qalib gəldi, "Qarabağ"ın rəqibindən heç-heçə
"Fənərbaxça" və "Beşiktaş"dan qələbə
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video