UEFA Mahir Şükürovun oynamasına qadağa qoydu

UEFA Mahir Şükürovun oynamasına qadağa qoydu
ÖLKƏ FUTBOLU 18 Noyabr 2011 / 19:00 3012
-  A +

Peşəkar Futbol Liqası UEFA-nın qərarı əsasında «Qəbələ»nin futbolçusu Mahir Şükürovun Premyer Liqada çıxışına qadağa qoyub.

Bu haqda Qol.Az-a «Qəbələ»nin baş meneceri Zaur Əzizov məlumat verib.

O deyib ki, bu, Şükürovun millinin Türkiyə ilə oyununda dopinqdən istifadə etməsiylə əlaqədardır.

«Peşəkar Futbol Liqası bu gün bizə məktub ünvanlayaraq, UEFA-nın qərarına əsasən, Mahirin Premyer Liqada iştirakına qadağa tədbiq etdiyini bildirib. Hazırda Mahirlə bağlı UEFA-da araşdırma gedir. UEFA-dan da bu gün klubumuza daxil olan faksda göstərilib ki, Türkiyə yığması ilə rəsmi oyundan sonra dopinq-test verən Mahirin qanından istifadəsi qadağan olan dərman preparatı aşkarlanıb. Faksda göstərilib ki, Türkiyə yığması ilə rəsmi oyundan sonra dopinq-test verən Mahirin qanından istifadəsi qadağan olan dərman preparatı aşkarlanıb».

Z.Əzizovun verdiyi məlumata görə, araşdırma davam edənə qədər Mahir heç bir rəsmi oyunda iştirak edə bilməz.

O həmçinin qeyd edib ki, UEFA-nın araşdırması elə də uzun vaxt aparmayacaq.

Qeyd edək ki, PFL-in çıxardığı bu qərara əsasən, Şükürov ən azı "Neftçi" ilə bu həftə keçiriləcək oyunu buraxmaq məcburiyyətində qalacaq.

Daha çox


Son xəbərlər