Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürov dopinqdə ilişməsi haqda yayılan xəbərlərə münasibət bildirib.
Qeyd edək ki, mətbuatda Mahirin Türkiyə ilə oyundan sonra dopinq testdən keçməsi xəbəri yayılıb. «A» testin nəticəsi müsbət olub. Buna görə də futbolçudan «B» testi də götürülüb. Ancaq bunun nəticəsi hələ bilinmir.
Məsələylə bağlı M.Şükürov Qol.Az-ın müxbirinə açıqlama verib. O deyib ki, İstanbuldakı oyundan sonra millimizdən iki futbolçu dopinq testən keçib: «Qaydaya görə hər komandada 18 futbolçudan 4 nəfər seçilir. Onlardan 1 və 2 nömrə altında qeyd olunan futbolçular testdən keçməlidir. 3 və 4 nömrəlilər isə ehtiyatda qalır. Əgər deyək ki, ilk iki futbolçudan biri və ya hər ikisi zədələnərək meydanı tərk edərsə, onları 3 və 4-cü futbolçu əvəzləyəcək. Türkiyə ilə oyunda 1 nömrə altında Ruslan Abışov, 2 nömrə altında isə Ufuk Budak idi. Amma Budak həmin matçın son dəqiqələrində zədələnərək meydanı tərk etdiyindən dopinq testdə 3 nömrə olaraq onu mən əvəz etdim».
M.Şükürov bildirib ki, oyundan sonra analiz veriblər və bununla bağlı UEFA araşdırma aparır. Hələlik bu məsələylə bağlı ona məlumat verilmədiyini deyən Şükürov özünün də səbirsizliklə testin nəticəsini gözlədiyini deyib.
«Bilirminiz, adicə qoğalın üstünə vurulan küncütün, çətəninin və ya buruna çilənən naftizinin də tərkibində narkotik maddə ola bilər. Buna görə də desəm ki, dopinqin testin nəticəsi müsbət olmayıb, yalan çıxar, eyni zamanda nəticənin mənfi olmadığını da iddia etmirəm. Hər şey araşdırmadan asılıdır. Adi bir qidaya görə də dopinqdə ilişə bilərsən. Ona görə də yaxşı olar ki, araşdırmanın nəticəsini gözləyək» - deyə M.Şükürov bildirib.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu