Almaniya mətbuatı Foqtsu “axmaq” adlandırdı

Almaniya mətbuatı Foqtsu “axmaq” adlandırdı
ÖLKƏ FUTBOLU 16 Noyabr 2011 / 12:13 3547
-  A +

Almaniyanın məşhur “Spiegel” nəşri Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsu “axmaq” adlandırıb.

Qol.Az-ın məlumatına görə, nəşr II bundesliqa təmsilçisi “Berlin Union”la qarşılaşmada milli komandamızın 0:1 hesablı məğlubiyyətini təəccüblə qarşılayıb.

“Azərbaycan millisi ilə müqaviləsi başa çatan Berti Foqts Almaniyanın zəif bir klubuyla görüşdə gülünc vəziyyətə düşdü” – deyə yazıda qeyd olunub.

“Spiegel” millinin yoxlama oyununda rəqib kimi II bundesliqa təmsilçisini seçməsini axmaqlıq kimi qiymətləndirib.

Daha çox


Son xəbərlər