Berti Foqts və Rəşad Sadıqov Messini seçdi

ÖLKƏ FUTBOLU 15 Noyabr 2011 / 16:57 2356
-  A +

İlin ən yaxşı məşqçisinin və futbolçusunun müəyyənləşdirilməsi məqsədilə FİFA tərəfindən milli komandaların baş məşqçiləri və kapitanları arasında keçirilən sorğuda Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsla kapitan Rəşad Sadıqov da iştirak edib.

Qol.Az-ın məlumatına görə, həm Foqts, həm də Sadıqov "ilin ən yaxşı futbolçusu" nominasiyasında Argentina millisi və "Barselona"nın ulduzu Lionel Messiyə səs veriblər.
 
Berti Foqts (Azərbaycan milli komandasının baş məşqçisi)

Futbolçular:

1. Lionel Messi – Argentina
2. Bastian Şvaynştayger – Almaniya
3. Ueyn Runi – İngiltərə
 

Məşqçilər:

1. Aleks Ferqyusson – «Mançester Yunayted»
2. Yoaxim Löv – Almaniya milli komandası
3. Oskar Tabares – Uruqvay milli komandası
 

Rəşad Sadıqov (Azərbaycan milli komandasının kapitanı)

Futbolçular:

1. Lionel Messi – Argentina
2. Kriştiano Ronaldo – Portuqaliya
3. Mesut Özil – Almaniya
 
Məşqçilər:

1. Xosep Qvardiola – «Barselona» (İspaniya)
2. Yoaxim Löv – Almaniya milli komandası
3. Yurgen Klopp – «Borussiya» (Dortmund, Almaniya)
 

Daha çox


Son xəbərlər