Milli komandamızın və Bakının «İnter» klubunun müdafiəçisi Vladimir Levinin Qol.Az saytına müsahibəsi
- Millimizin Albaniyaya 1:0 hesabı ilə qalib gəldiyi oyunda sən də iştirak etdin. Əvvəlcə bu oyunla bağlı fikirlərini öyrənmək istərdik.
- Şəxsən mənə milli komandanın budəfəki çıxışı çox xoş təsir bağışladı. Səfərdə oynasaq da, qələbə qazana bildik. Albaniya komandası Avropada orta səviyyəli yığmalardan hesab edilir. Rəqibin də bəzi epizodlarda bəxti gətirmədi. Hətta bir dəfə az qaldı ki, albanlar hesabı bərabərləşdirsin. Amma komanda yoldaşım Rəşad Sadiqov topu boş qapıdan çıxardı. Heyətdə bəzi dəyişiklər olsa da, ümumilikdə komandamız pis təsir bağışlamadı.
- İndi klubunla bağlı danışaq. Artıq bir neçə turdu ki, “İnter” yaxşı nəticələr qazanır və 9 turdur uduzmur.
- Doğrudan da son oyunlarda yaxşı nəticələr qazanmağa başlamışıq. Belə olan halda istər-istəməz komanda gələcəyə daha inamla baxır. Turnir cədvəlində üçüncü pillədə qərarlaşsaq da, hələ arxayınlaşmaq lazım deyil. Çünki bizi qarabaqara izləyən “Qarabağ” və “Bakı” kimi güclü komandalar var. Arxayınlaşmaq turnir cədvədindəki vəziyyətimizi dəyişə bilər. Məhz buna görə də bütün oyunlara maksimum nəticə üçün çıxırıq. Hələ ki, hər şey öz axarıyla gedir.
- Yeri gəlmişkən, növbəti görüşünüz “Qarabağ”la olacaq.
- Onlarla oyunumuz hər zaman gərgin keçir. Bu dəfə də maraqlı oyunun şahidi olacağını düşünürəm. Belə oyunlar hər zaman böyük ajotaja səbəb olur. Məncə, “Qarabağ”la matç çempionatda ən ağır oyunlarımızdan biri olacaq. Çünki rəqib komanda gənc və texnikalı futbolçulardan təşkil olunub. Avropa təcrübələrinin olması da onların işinə yaraya bilər.
- “Qarabağ”la qarşılaşmalarda oyunların əksəriyyətini uduzmusunuz. Bu amil sizi narahat etmir?
- Hər qarşılaşmanın özünün nəticəsi olur. Bu dəfə məğlub olacağımızı düşünmürəm. Çünki -hazırda “İnter” yüksəliş dövrünü yaşayır, rəqib isə əksinə, “qara zolağ”a düşüb. Yəqin ki, rəqib komanda görüşdə çempionatın debutantı “Sumqayıt Şəhər”ə məğlub olduğu üçün bizimlə qarşılaşmada var gücləri ilə qələbə qazanmağa çalışacaq. Ancaq bütün bunlara baxmayaraq, hər şeyə doxsan dəqiqənin sonunda aydınlıq gələcək.
- Turnir cədvəlində liderdən iki xal geri qalərsınəzsınız. Bu həm də deməkdir ki, çempion olmaq şanslarınız böyükdür.
- Düzdü, nəzəri cəhətdən bu mümkündür. Lakin qarşıda bizi hələ xeyli çətin oyunlar gözləyir. Fikrimcə, “altılıq”oyunlarında liderlər tez-tez dəyişə bilər. Ona görə ki, komandalar arasındakı xal fərqləri çox da böyük deyil. Bizim də çempion olmaq şansımız xeyli yüksəkdir. Ona görə də qarşıdakı bütün oyunlara yaxşı hazırlaşmaq və yalnız qələbəyə köklənmək lazımdır.
Əli HƏYATİ
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu