Tahir Süleymanov: "AFFA-nın eyni humanist münasibəti "Neftçi"yə də göstərəcəyinə inanırıq"

Tahir Süleymanov: "AFFA-nın eyni humanist münasibəti "Neftçi"yə də göstərəcəyinə inanırıq"
ÖLKƏ FUTBOLU 14 Noyabr 2011 / 21:15 2114
-  A +

"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin Rəşad Abdullayevlə bağlı çıxardığı qərara münasibət bildirib.
 
T.Süleymanov Unibank Premyer Liqanın XII turu çərçivəsində "Xəzər Lənkəran"la keçirilən matçda komandanın futbolçusu Rəşad Abdullayevin etdiyi kobud hərəkətdən sonra dərhal rəqibindən üzr istədiyini bildirib: “Sonradan Rəşad Abdullayev istər klub daxilində, istərsə də KİV-ə açıqlamalarında "Xəzər Lənkəran"ın futbolçusu Şəhriyar Xəlilovla yaranmış vəziyyətə görə peşmançılığını dilə gətirmiş və belə halın bir daha təkrarlanmayacağını demişdi. Bunları nəzərə alaraq, AFFA-nın İntizam Komitəsiniın futbolçumuza verdiyi 4 oyunluq cəzanın yüngülləşdirilməsi üçün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə müraciət ünvanlamışdıq. Təəssüf ki, məsələyə sözü gedən qurumda baxılmış və qərar dəyişdirilməmişdir. Təcrübə göstərir ki, belə hallarda AFFA-nın Apellyasiya və Ekspert Komitəsi klublara öz humanist münasibətini əsirgəməmişdir”.

Süleymanov klubun rəsmi saytına açıqlamasında bunlara misal olaraq, Rəşad Abdullayevlə eyni hərəkətlərə yol vermiş "Bakı"nın hücümçusu Jaba və "Xəzər Lənkəran" klubunun qapıçısı Kamran Ağayevi nümunə göstərib: “Sonradan Apellyasiya və Ekspert Komitəsi onların cəzalarını yüngülləşdirmişdi. Biz "Neftçi" olaraq bir daha müraciətimizi edəcəyik. Rəşad Abdullayevin səhvini başa düşməsi, ölkənin aparıcı futbolçularından olması və digər klubların futbolçularına göstərilən humanist münasibət inanırıq ki, "Neftçi"yə də göstəriləcək”.


Daha çox


Son xəbərlər