AFFA prezidenti: "Sumqayıtda 15 minlik stadion inşa olunacaq"

AFFA prezidenti: "Sumqayıtda 15 minlik stadion inşa olunacaq"
ÖLKƏ FUTBOLU 14 Noyabr 2011 / 00:24 2449
-  A +

"İstərdim ki, hər bir rayonda futbol komandası yaradılsın. Çünki komandaların sayının çox olması gənc futbolçuların oynamaq imkanını artıracaqdır".

Qol.Az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

AFFA prezidenti bildirib ki,  əvəzedicilər, eləcə də aşağıyaşlı futbolçulardan ibarət kollektivlər arasında ölkə çempionatının keçirilməsindən sonra gənc futbolçuların komandalara cəlb edilməsində xeyli irəlilyəyiş var:  “Bu sahədə çalışırıq. Ancaq bizim də imkanlarımız məhduddur. AFFA-nın klub yaratmağa və onu maliyyələşdirməyə ixtiyarı yoxdur. Ancaq klublarımıza hərtərəfli köməyi əsirgəmirik. Hər bir regionda bu istiqamətdə işlər görülür, yarışlar keçirilir, yeni stadionlar, meydançalar tikilir.

R.Abdullayev Ağsuda klub yaratmağa çalışdıqlarını deyib: “Bu yaxınlarda Ağsuda yeni stadionun açılışı olmuşdur. Çalışırıq ki, orada da klub yaradılsın. Digər bölgələrdə də işlər görülür. Prezident İlham Əliyevin göstərişi ilə Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionun yenidənqurulması ilə bağlı layihə hazırlanmışdır. Gələn ilin əvvəlindən Sumqayıtda 15 minlik yeni stadionunun inşasına başlanacaqdır. Bu, Sumqayıtda futbolun inkişafına böyük təkan verəcəkdir. Eyni zamanda, Gəncə şəhər stadionunun yenidən qurulması məqsədilə layihə hazırlanır. Layihə tez bir zamanda hazır olacaq və gələn il orada da yenidənqurma işləri aparılacaqdır. Bundan başqa, Bakıda, 8-ci kilometr qəsəbəsində AFFA tərəfindən inşa edilən 15 minlik stadionun tikintisi tez bir zamanda yekunlaşacaqdır. Stadion 2012-ci ildə keçiriləcək U-17 qadınlararası dünya çempionatına qədər hazır olmalıdır. 20-ci dairə adlanan ərazidəki stadionda da yenidənqurma işlər görülür. Gələn ilin ortalarınadək 5 minlik stadion futbolçuların ixtiyarına veriləcəkdir”.

Daha çox


Son xəbərlər