“Mənim ayağımda həqiqətən də zədə var, ona görə də “Neftçi”yə qarşı matçda iştirak etmədim. Zədəm elədir ki, yeriyə bilsəm də, oynaya bilmirəm. Komandamızın həkimi düz danışmır. Mən Mərkəzi Gömrük Hospitalında müayinədən keçmişəm və bunu təsdiq edən sənədlər də var”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Neftçi”yə qarşı ötən həftə keçirilən oyunda bilərəkdən iştirak etməməsi bərədə deyilənləri Ağayev təkzib edib. “Bilərəkdən oynamamağım barədə ittihamları niyə matçdan əvvəl səsləndirmirdilər? Oyundan sonra mənim üstümə düşüblər. “Xəzər Lənkəran”ın həkimi mənə deyir ki, ayağında yırtıq var, özünü gözlə. Amma mətbuatda məni yalan danışmaqda günahlandırır, bildirir ki, mən “Neftçi”yə qarşı oynaya bilərmişəm. Halbuki zədəmi millinin almaniyalı həkiminə də göstərdim və o mənə, əməliyyat olunmağı tövsiyə etdi. Dedi ki, əks halda vəziyyətin daha da pisləşə bilər. Mənim söylədiklərimə inanmırsınzsa, millinin həkiminə müraciət edin. Bu zədə məndə çoxdan var. Hətta millinin Bakıda Avstriya ilə oyunundan əvvəl Berti Foqtsa dedim ki, hazır deyiləm, məni oyuna buraxmasın. Amma o məni əsas heyətə daxil etdi. Mən də həmin matçda dörd qoldan üçünü zədəm olan sol ayağım tərəfdən buraxdım. Zərbə anında heç tərpənə də bilmədim”.
O qeyd edib ki, hələ bir neçə il əvvəl belindən zədə alanda da ona inananlar olmayıb: “Amma mən onurğa sütunumdan əməliyyat olundum. Bu, idmançı üçün təhlükəli əməliyyatdır. Fərid Mansurov belə əməliyyatdan sonra güləşçi karyerasını başa vurdu. Mən əməliyyatdan sonra futbola qayıtdım. Buna məcbur idim. Çünki futbol mənim işimdir. Çoxları futbolu özünün həyatı bilir. Mənim həyatım isə ailəmdir”.
Kamran Ağayev “Neftçi”yə qarşı həmişə aqressiv münasibəti olduğunu bildirib: “Mən həmişə “Neftçi” barəsində kəskin danışmışam. Vəziyyəti belə görən klubumuzun rəhbərliyi mənə “Neftçi” barəsində danışmağı qadağan etmişdi. Amma özümdən asılı deyil, az qala hər oyundan sonra bu komandanın əleyhinə fikirlər səsləndirirəm. Demək istəyirəm ki, bu komandayla məni heç nə bağlamır ki, onlara qarşı bilərəkdən oynamayım”.
Kamran Ağayev “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Redniklə aralarında problem olmadığını söyləyib. “Redniklə mənim aramda yalnız məşqçi-futbolçu münasibəti var. Deyirlər ki, güya mən məqşlərdə mühiti korlayıram. Əsla belə deyil. Düzdür, oyunda olduğu kimi, məşqlərdə də futbolçulara qışqırır, bununla da onlara ruhlandırmağa çalışıram. Üstünə ən çox qışqırdığım futbolçu isə Rahid Əmirquliyevdir. Rahid hələ indiyə qədər bununla bağlı mənə etirazını bildirməyib”.
Gəcəkək karyerası ilə bağlı sualı cavablandıran Ağayev bu mövsümün sonu “Xəzər Lənkəran”la müqaviləsinin başa çatdığını deyib: “Bundan sonra karyeramı Avropada davam etdirmək istəyirəm. Bu variant alınmasa isə “Xəzər Lənkəran”da qalacağam. Bu klub mənə o qədər əzizdir ki, orada müqaviləsiz də oynayaram”.
“Xəzər Lənkəran”ın barışmaz rəqibi olan “Neftçi”yə keçəcəyi ilə bağlı suala cavab olaraq Ağayev bunları deyib: “Mənim “Neftçi”də oynamaq fikrim yoxdu. Belə bir şey, əgər hətta olsa belə, 4-5 ildən sonra baş tuta bilər. O zaman isə bu haqda ilk əvvəl “Xəzər Lənkəran” rəhbərliyinə məlumat verəcəyəm və bu addımı onların icazəsi ilə ataram”.
Kamran Ağayev baxışa gələn qapıçıların “Xəzər Lənkəran”a keçidinə əngəl olmasıyla bağlı ittihamlara da cavab verib: “Mənim heç bir futbolçuya qarşı qısqançlığım olmayıb. Futbolçu almaq rəhbərliyin işidir. Mən kiməm ki, onların qarşısında şərt qoyam? Mən də onlar kimi bir futbolçuyam”.
Ağayev baş məşqçi Redniklə problemi olmadığını desə də, “Xəzər Lənkəran”da 2-3 nəfərlə yaxşı münasibətdə olmadığını etiraf edib. “Həmin adamlar “Xəzər Lənkəran”da mühiti korlayir” – deyə Ağayev bildirib.
Kamran Ağayev “Bakı” ilə oyunda buraxdığı səvhlər barədə də danışıb: “Həmin səhvlər zədəmlə bağlı idi. Dedim axı, Avstriya ilə oyunda da belə bir problemim yaranmışdı. “Bakı”yla oyunda ayağımdakı zədə mənə mane oldu və Parks bundan istifadə edib qol vurdu”.
Qapıçı “Bakı” klubunun Uinston Parks kimi, onu da heyətinə qatmaq istəməsi barədə dolaşan söhbətlər haqda bunları deyib: “Mənimlə bu haqda danışan olmayıb”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu