Tovuzun «Turan» klubundakı maliyyə problemləri hələ də həll olunmamış qalıb.
Qol.Az-ın məlumatına görə, bu səbəbdən bəzi futbolçular komandaya qayıtmaq istəmirlər.
«Turan»ın müdafiəçisi Aftandil Hacıyev Qol.Az-ın müxbiri ilə söhbətində məlumatı təsdiqləyib. O qeyd edib ki, hər dəfə vəd verilməsinə baxmayaraq, futbolçular neçə aydır maaşlarını ala bilmirlər.
«Vəziyyət əvvəl necəydisə, elə də qalıb. Bir müddət əvvəl söz vermişdilər ki, pulunuzu verəcəyik, biz də inanıb, Tovuza qayıtdıq, oyunlara çıxdıq. Amma pulumuzu vermədilər. Şəxsən mən özüm bu dəfə qərar verdim ki, maaşımı almamış komandaya qayıtmayacağam» - deyə A.Hacıyev bildirib.
Futbolçu hər oyundan sonra onlara maaşların önədiləcəyi haqda vədlər verildiyini bildirib: «Tovuzda olanda deyirlər pulunuzu Bakıda alacaqsınız, Bakıya gəlirik, söyləyirlər ki, maaşınızı Tovuzda verəcəyik. Axı, yalan danışmaq kişiliyə yaraşmaz. Hamımıza pul lazımdır. Yalandan deyirlər ki, guya işləri var, pulu çatdıra bilmirlər. Mənə elə gəlir ki, bunlar hamısı bahənədir. Pulu olmayanın komandası olmaz. Mənim, sənin niyə komandamız yoxdur?»
Məsələylə bağlı klub prezidenti Musa Süleymanova müraciət edib-etməməkləri ilə bağlı A.Hacıyev bunları söyləyib: «Süleymanov hər həftə deyir, bu son sözümdür, pul veriləcək. Amma dediyinə əməl eləmir. Zəng edib onunla telefonla danışırlar. Deyir ki, pulu verəcəyəm. Bayram ərəfəsində maaşımızı ödəyəcəyimizi söyləmişdilər, amma buna da əməl etmədilər».
Bu yay «Qarabağ»dan ayrılaraq «Turan»a keçən A.Hacıyev transfer vərəqəsinin özündə olduğunu, vəziyyətin düzəlməyəcəyi təqdirdə, Tovuz klubunu tərk edəcəyini söyləyib: «Düzdür, dörd aydır bu komandadayam. Burdan ayrılmaq istəmirəm. Amma belə də davam edə bilməz. Maaşımız verilməsə, qışda başqa komandaya keçməli olacağam».
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu