"Xəzər Lənkəran"ın həkimi: "Kamranın zədəli olmadığını sübut edə bilərəm"

"Xəzər Lənkəran"ın həkimi: "Kamranın zədəli olmadığını sübut edə bilərəm"
ÖLKƏ FUTBOLU 10 Noyabr 2011 / 10:39 2725
-  A +

Sonuncu turda “Neftçi”nin “Xəzər Lənkəran”ı böyük hesabla məğlub etməsi hələ uzun müddət yaddaşlardan silinməyəcək.

“Gəmiçilər”in baş məşqçisi Mirça Rednik məğlubiyyətin əsas səbəblərindən biri kimi qapıçı Kamran Ağayevin həmin matçda forma geyməməsini göstərmişdi. Ağayev isə “böyük oyun”da iştirak etməməsini zədəli olmasıyla əlaqələndirmişdi.

Dünən məsələyə aydınlıq gətirmək üçün “Xəzər Lənkəran”ın həkimi Gennadi Kişlarla əlaqə saxladıq: “Kamranın heç bir zədəsi yoxdu. Ümumiyyətlə, qapıçının son açıqlamaları qeyri-səmimidi. Şəxsən mən onun zədəli olmadığını sübut edə bilərəm. Bundan artıq heç nə söyləyə bilmərəm”.

Mənbə: “Futbol+” qəzeti.

Daha çox


Son xəbərlər