“Neftçi” layiq olduğu qələbəni qazandı. Sabiq komandamda qələbə qazanmaq istəyi daha çox idi. Buna baxmayaraq, belə irihesablı qalibiyyət hamı kimi mən də gözləmirdim. Derbilərdə belə nəticələr qeydə alına bilər. Hətta “Real” – “Barselona” kimi komandalar arasında bu cür hesablara rast gəlmək mümkündür. Keçən mövsüm çox söz-söhbətlər gəzirdi ki, “Neftçi”yə hakimlər kömək edir. Guya çempion olmağımıza AFFA dəstək verirdi. Amma “Neftçi” “Xəzər Lənkəran” üzərindəki qalibiyyəti ilə bunların boş söhbət olduğunu sübut etdi”.
Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədov deyib.
Arif Əsədov srağagün “Xəzər Lənkəran”a qarşı keçirilən görüşün (5:0) ilk dəqiqələrində “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayevlə Şəhriyar Xəlilov arasında yaşanan münaqişəyə də münasibət bildirdi: “Oyun qaydalarına əsasən həmin epizodda qırmızı vermək lazım idi. Bilmirəm, hakim epizodu gördü, ya yox. Hər halda yan hakim də epizodu gözündən qaçırmamalı idi. Rəşada yaraşmayan bir hərəkətdir. O elə bir oyunçudur ki, meydançada uduzmağı sevmir. Şəhriyar həqiqətən də onu arxadan vurmuşdu. Sadəcə olaraq Rəşad etirazını sərt şəkildə bildirdi. Bu da ona yaraşmır. Gərək özünü bir qədər səbirli aparsın”.
Əsədov bu qələbə ilə “Neftçi”nin “Xəzər Lənkəran” üzərindəki qalibiyyətsizlik sindromuna son qoyması barədə isə belə danışıb: “Neftçi” Arif Əsədovun vaxtında çempionluğu yaşadı. Mənə elə gəlir ki, çempionluq ən böyük zirvədir. Biz keçən mövsüm “Xəzər Lənkəran”ı səfərdə məğlub edirdik. Son dəqiqələrdə hakim bizim qapımıza penalti təyin etdi. Öz meydanımızdakı oyunda isə demək olar ki, heyətə gəncləri buraxmışdıq. Əsas heyətin oyunçuları yox idi. Həmin oyundada eyni ssenari yaşandı. Qalib gəlirdik, amma sonda heç-heçə oldu. “Neftçi” artıq bilirdi ki, “Xəzər Lənkəran”a qarşı necə oynamaq lazımdır. Keçən il görülən işlər artıq öz bəhrəsini verməkdədir. Qazanılan qələbədə Böyükağa müəllimin əməyini də unutmaq lazım deyil. Onun tapşırıqlarını futbolçular dəqiq yerinə yetirdilər”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu