"Qəbələ" klubunun qapıçısı Qreym Smit Britaniya mətbuatına müsahibə verib. Qol.Az-ın məlumatına görə, şotlandiyalı qapıçı komandası və ölkəmiz haqda danışıb:
"Qəbələ" klubunun gələcək vəd edən uzun müddətli bir planı var və mən bunun nəticəsini görmək istəyirəm. Şotlandiyadakı böyük oyunlar üçün darıxmışam. Ancaq "Qəbələ" klubu da Avropaya çıxmaq üçün çalışır.
Mənim bu komanda ilə bir illik müqaviləm imzalamışdım. Əgər Toni Adams məni komandada saxlamaq istəyərsə, bu barədə məmnuniyyətlə danışıqlar apararam. Qəbələnin çox fərqli bir yer olduğuna əminəm. Futbolçuların əksəriyyəti bir oteldə qalır. Klub rəsmilərinin də burada öz ofisləri var. Biz də burada yeyir və yatırıq".
28 yaşlı qapıçı Qəbələdə müəyyən vərdişlərə uyğunlaşa bilmədiyini vurğulayıb: "Burada bəzi vərdişlər var ki, mən onlara uyğunlaşa bilmirəm. Məsələn, fitə basılmaq kimi bir şey. Azərbaycanda fitə basılmağa çox rast gəlməzsən. Onlar kasıb insanların toplum arasında fitə basılmağına inanırlar.
Ancaq sən küçədə hər hansı bir nəfəri fitə basa bilməzsən. Vaxtaşırı yerli əhali ilə söhbət edirəm. Burada çox fərqli mədəniyyət var. Mənim evdə bir oğlum var. Ancaq evli deyiləm. Bu isə yerli əhali tərəfindən gülməli qarşılanır".
Smiti Azərbaycanda təəccübləndirən hadisələr də olub: "Bakı çox gözəl paytaxt şəhəridir, ancaq Qəbələdə bir dəyişiklik hiss edirəm. Buranın yaxşı nəqliyyat yolları var. Bununla belə, Qəbələdə maşın sürmək bir qədər çətindir. Çünki bu yollarda inək və digər heyvanlara da rast gəlmək olur.
Məşq etdiyin zaman qəfildən inəklər gözünə dəyir. Bu isə çox qəribədir. Edinburqda (Şotlandiyanın paytaxtı) belə deyil. Bununla belə, bütün gördüklərimdən xüsusi zövq alıram".
Gənc qapıçı daha sonra Toni Adams və komandası haqda bunları deyib: "Hazırda "Qəbələ" klubu beynəlxalq aləmdə tanınmır. Lakin Adams bu komandanın inkişafı üçün əlindən gələni edir. Komandanın futbol akademiyası var və Adams 10 yaşlı futbolçularla şəxsən məşğul olur. Növbəti mövsümdə komandanın yeni stadionu istifadəyə veriləcək.
Hələlik isə "Qəbələ"nin oyunlara gələn azarkeşləri matçı canlı izləmək üçün heç bir pul ödəmirlər. Çünki rəhbərlik azarkeşləri stadionlara cəlb etmək niyyətindədir. Britaniyada bir aya görülən iş, Azərbaycanda bir həftəyə görülür. Burada yamaykalı Deon Barton və hollandiyalı Stif Olferslə gözəl münasibətərim var. Ancaq "Qəbələ"də bütün futbolçular "qəhrəman" statusu daşıyırlar.
Adamsın məni transfer etmək istədiyini eşidəndə qürur duydum. Mən də dərhal razılıq verdim və Qəbələyə getdim. Daha bir neçə il burada qalmaq istəyirəm. Futbol çox fərqli oyundur və biz də buna alışmalıyıq".
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu