Rəşad Abdullayev: "“On üç illik futbolçu karyeramda hələ heç kimi vurmamışam”

ÖLKƏ FUTBOLU 6 Noyabr 2011 / 21:12 3914
-  A +

“Belə oyunlar haqda çox danışmaq olmur. Derbi matçlar həmişə xüsusi əhəmiyyət kəsb edir. “Neftçi” və “Xəzər Lənkəran” arasında daim gərgin mübarizə gedib. Biz də öz növbəmizdə yaxşı hazırlaşmışdıq. Mən üç ildir “Neftçi”də çıxış edirəm. Amma indiyədək Lənkəran klubunu məğlub edə bilmirdik. Bu sindromu qırmaq istəyirdik. İlk dövrədəki minimal hesablı məğlubiyyətin revanşını da götürmək hədəfimizdə idi. Əldə etdiyimiz epizodları qola çevirməyi bacardıq. Düzünü desəm, belə irihesablı qələbə gözləmirdim”.

Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayev “Xəzər Lənkəran”ı 5:0 məğlub etdikləri oyun haqda danışarkən deyib.

Abdullayev daha sonra matçın ilk dəqiqələrində “Xəzər Lənkəran”ın müdafiəçisi Şəhriyar Xəlilovla arasında olan epizoda fikir bildirib: “Şəhriyar mənim kiçik qardaşımdır. On üç illik karyeram ərzində hələ heç kimi vurmamışam. Düzdür, məni bir az çılğın oyunçu kimi tanıyırlar. Özümdən tez çıxıram. Amma elə oyunçu deyiləm ki, meydanda kiməsə əl qaldırım. Şəhriyar mənim ayağımı tapdaladı. Pis ağrı oldu. Əlimi qaldıranda sifətinə dəydi. O da dayandı, birdən özünü yerə atdı. Özüm onu ayağa qaldırıb qucaqladım. Hakim də düz yanımızda idi. Deyirlər ki, referi qırmızı vərəqə göstərməli idi. Həmin epizodda qırmızı vərəqəlik bir şey yox idi. Mən səhv hərəkət etsəydim, etiraf edərdim”.

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...