“Oyunun hesabı mənim üçün də gözlənilməz oldu. Hiss olunurdu ki, “Neftçi”nin qələbə qazanmaq istəyi daha çox idi. İlk hissədə “Xəzər Lənkəran” yaxşı oynadı. İki dəfə “Neftçi”nin qapıçısı Stamenkoviç komandasını real qoldan xilas etdi. İkinci hissədə isə Lənkəran klubu müdafiədə oturdu. Arxa xəttdə səhvlərə yol verdilər”.
Bu sözləri Qol.Az saytına açıqlamasında bu gün keçirilən Unibank Premyer Liqasının 12-ci turunun “Neftçi” – “Xəzər Lənkəran” matçı (5:0) barəsində danışan əməkdar məşqçi Ağasəlim Mircavadov deyib.
Mircavadov “Xəzər Lənkəran”ın müdafiəçilərinin oyunu aşağı səviyyədə keçirdiklərini bildirdi: “Üçüncü qolda qapıçını sığortalamaq lazım idi. Cavid İmamverdiyev qapıçı ilə təkbətək çıxdı. Qapıya zərbə endirsə də, Kamal Bayramov topu qaytardı. Bahadır Nəsimova maneçilik törədən olmadığı üçün rahatlıqla boş qapıya topu göndərdi. Ümumilikdə oyun maraqlı alındı. Güclü yağışa baxmayaraq, meydança yaxşı vəziyyətdəydi”.
Əməkdar məşqçi Kamran Ağayevin matçda iştirak etməməsinə münasibət bildirib: “Kamranın olmaması müdafiəçiləri psixoloji çətinliyə saldı. Görün, neçə oyundur ki, onlar Kamranla birgə çıxış edirlər. Artıq Kamrana öyrəşiblər.Bir-birlərini Kamranla yaxşı başa düşürlər. Ümumiyyətlə, böyük komandalarda gərək iki eyni səviyyəli qapıçı olsun. Deməzdim ki, “Xəzər Lənkəran” qapıçının səhvləri ücbatından məğlub oldu. İlk qolu Flavinyo ustalıqla vurdu. Həddindən artıq gözəl qol alındı. “Neftçi”nin liderləri Flavinyo, Rəşad Abdullayev çox gözəl oynadılar. Komandanı arxalarınca apardılar”.
Mircavadov görüşün ilk dəqiqələrində “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayevin rəqib oyunçu Şəhriyar Xəlilovu vurmasına münasibət bildirməyib: “Mən oyuna 10-cu dəqiqədən baxdım. Evə gələndə artıq matçın 10-cu dəqiqəsi gedirdi. Mənə evdə dedilər ki, nəsə insident olub. Heç bir münasibət bildirə bilmərəm. Gərək görəm ki, münasibət bildirəm. Əslində Enlur Muradov görüşü yaxşı idarə etdi. Həmin epizod barəsində isə baxmadığım üçün danışa bilməyəcəm”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video