«Bu nəticə bizi şoka saldı. Amma hesab edirəm ki, məhz belə bir vaxtda birləşmək lazımdır».
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Qarabağ»ın direktoru Əmrah Çəlikəl komandasının bu gün öz meydanında autsayder «Sumqayıt Şəhər»ə 1:2 hesablı məğlubiyyəti haqda danışarkən bildirib.
Əmrah Çəlikəl ilk növbədə «Qarabağ» azarkeşlərinə müraciət edərək onları çətin vaxtda komandanın yanında olmağa çağırıb.
«Bir işdi gəldi başımıza. Bu, çox ağır zərbə oldu. Azarkeşlərimizdən xahiş edirəm ki, dəstəklərini əsirgəməsinlər».
Ə.Çəlikəl Bakıya qayıtdıqdan sonra baş məşqçi Qurban Qurbanovla söhbət edəcəklərini deyib: «Komandayla bağlı bütün səlahiyyətlər Qurban müəllimə məxsusdur. O, hansı tədbirlər görmək istəsə, yerinə yetiriləcək. Oturub vəziyyətdən çıxış yolu axtaracağıq. Qarşıdan millinin oyunları gəlir, futbolçularımızın bir çoxu yığmanın düşərgəsinə qoşulacaq. Bütün bunları ətraflı danışacağıq. Bu məğlubiyyət bizi nə qədər şoka salsa da, məşqçimizə və futbolçularımıza inanırıq. Güclənib bu vəziyyətdən çıxacağıq. «Qarabağ» birinci dəfə deyil ki, belə vəziyyətə düşür. Amma belə problemlərdən də məharətlə çıxmağı bacarıb. Bir daha deyirəm, bizim hədəfimiz çempionluqdur. Hansısa məğlubiyyət bizi qətiyyən ruhdan salmamalıdır» - deyə Ə.Çəlikəl bildirib.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video