Rövnəq Abdullayev: "Foqtsla bağlı qərar verməmişik"

Rövnəq Abdullayev: "Foqtsla bağlı qərar verməmişik"
ÖLKƏ FUTBOLU 3 Noyabr 2011 / 21:32 2442
-  A +

Ötən mövsümün qaliblərinin mükafatlandırılması mərasimində iştirak edən AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun komandada qalıb-qalmayacağına da münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, Abdullayev Foqtsla bağlı hələ qərar vermədiklərini açıqlayıb:

"Foqtsla danışıqlar aparmamışıq. AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və Foqtsla bağlı qərar qəbul olunacaq.

Yığmamızın AÇ-2012-nin seçmə mərhələsindəki çıxışına gəldikdə isə millimiz pis oynamadı. Məncə, seçmə mərhələdə normal çıxış etdik. Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün əlimizdə böyük material olmalıdır.

Çempionatda çıxış edən 12 klubun yarısı yüksək səviyyəli oyun göstərməlidir. Bu sahədə işlər davam etdirilir. Düşünürəm ki, 17 və 19 yaşlı futbolçulardan ibarət millimiz normal çıxış edir. İnanıram ki, bu gələcəkdə öz bəhrəsini verəcək".

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...