Vaqif Cavadovdan boykot

ÖLKƏ FUTBOLU 31 Oktyabr 2011 / 18:13 2687
-  A +

Həmyerlimiz Vaqif Cavadovun da şərəfini qoruduğu Rusiyanın "Volqa" klubu maddi problemlərlə üzləşib.

Qol.Az-ın Rusiyanın "championat.com" saytına istinadən verdiyi məlumata görə, komandada maaşlarının gecikməsi səbəbindən futbolçuların sabaha nəzərdə tutulan məşqi boykot edəcəkləri bildirilir.

Futbolçular da bununla öz etirazlarını bildirmək niyyətindədirlər. Sonuncu dəfə futbolçuların maaşı bu ilin may ayında verilib. Maaşların gecikməsinə əsas səbəb isə klubun sponsorlarından birinin vəd etdiyi pulu "Volqa"nın bank hesabına köçürməməsidir.

Klubun mətbuat katibi Sergey Kozinov isə futbolçuların tətil və boykot edəcəkləri ilə bağlı xəbərləri təkzib edib.  

Daha çox


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...